Ölkədən giriş-çıxışa qoyulan stop hansı hallarda götürülə bilər?
26 May 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
92
26.05.2026, 18:59
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi islami dəyərləri özündə yaşadan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Hər il respublikamızda dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan, müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilmiş müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır.
Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır.
Azərbaycan dövləti bu gün regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Əminəm ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq, Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.
Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları Qurban bayramı münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha Sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, müqəddəs Qurban bayramı həyatınıza əmin-amanlıq və firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Qurban bayramınız mübarək olsun!"
19:47 / 26 May 2026
16
19:37 / 26 May 2026
37
19:29 / 26 May 2026
41
19:25 / 26 May 2026
55
19:10 / 26 May 2026
124
19:06 / 26 May 2026
90
18:58 / 26 May 2026
63
18:53 / 26 May 2026
41
18:50 / 26 May 2026
55
18:46 / 26 May 2026
72
18:45 / 26 May 2026
53
18:41 / 26 May 2026
49
18:35 / 26 May 2026
54
18:25 / 26 May 2026
158
18:17 / 26 May 2026
55
18:16 / 26 May 2026
93
18:16 / 26 May 2026
246
17:58 / 26 May 2026
74
17:52 / 26 May 2026
710
17:43 / 26 May 2026
123
17:41 / 26 May 2026
976
17:37 / 26 May 2026
79
17:36 / 26 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.