Qaynar xətt:

(+99450) 247 90 86

İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

CƏMİYYƏT

52

26.05.2026, 18:45

İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla".