Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
26.05.2026, 18:46
“Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir.”
Bu fikirləri Prezident İlham Əliyev dünən kənd təsərrüfatına həsr olunmuş müşavirədə bildirib.
Oxu24.com xəbər verir ki,bununla bağlı Ajans.az-a Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, kənd təsərrüfatının inkişafı birbaşa su ehtiyatları ilə bağlıdır:
“Kənd təsərrüfatının inkişafı və su ehtiyatlarının artırılması təbii ki, prioritet və vacib istiqamətlərdəndir. Çünki nəzərə alsaq ki, xüsusilə bitkiçilikdə və meyvəçilikdə su ehtiyatlarına ciddi ehtiyac var, su resurslarının məhdudluğu əkin sahələrinə birbaşa təsir göstərir.”
Onun sözlərinə görə, müşavirədə Prezident tərəfindən verilən tapşırıqlardan biri su ehtiyatlarının artırılması və bu sahədə səmərəliliyin yüksəldilməsi ilə bağlı olub.
“Eyni zamanda müasir suvarma sistemlərinin tətbiqi suya qənaət baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda subsidiyalaşma siyasətində də bu sistemlərin tətbiqi təşviq olunur və müasir suvarma texnologiyalarından istifadə edən fermerlər daha yüksək həcmdə subsidiya əldə edirlər”, – deyə vurğulanıb.
O qeyd edib ki, dövlət proqramlarında müasir suvarma sistemlərinin genişləndirilməsi nəzərdə tutulur.
“Bu istiqamətdə addımların artırılması olduqca vacibdir. Bir tərəfdən suya daha az tələbat olan əkin strukturlarının formalaşdırılması, digər tərəfdən isə beynəlxalq praktikada geniş tətbiq olunan müasir suvarma sistemləri vasitəsilə su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədəuyğundur. Bu yanaşma həm su resurslarına qənaət etməyə, həm də daha yüksək məhsuldarlığa nail olmağa imkan yaradır”
12:32 / 11 Noyabr 2026
1
12:29 / 11 Noyabr 2026
11
12:24 / 11 Noyabr 2026
23
12:19 / 11 Noyabr 2026
43
12:15 / 11 Noyabr 2026
60
12:09 / 11 Noyabr 2026
59
11:57 / 11 Noyabr 2026
370
11:50 / 11 Noyabr 2026
95
11:49 / 11 Noyabr 2026
108
11:43 / 11 Noyabr 2026
364
11:34 / 11 Noyabr 2026
80
11:32 / 11 Noyabr 2026
132
11:28 / 11 Noyabr 2026
133
11:16 / 11 Noyabr 2026
311
11:13 / 11 Noyabr 2026
81
11:11 / 11 Noyabr 2026
117
11:06 / 11 Noyabr 2026
100
10:56 / 11 Noyabr 2026
410
10:51 / 11 Noyabr 2026
108
10:45 / 11 Noyabr 2026
114
10:33 / 11 Noyabr 2026
104
10:19 / 11 Noyabr 2026
102
10:13 / 11 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.