Sumqayıtda dolu yağır - FAKTİKİ HAVA
26 May 2026, 15:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
82
26.05.2026, 14:26
Ailə institutu milli kimliyin, sosial harmoniyanın və cəmiyyətin davamlı inkişafının əsas sütunudur. Azərbaycanın dünya siyasi xəritəsindəki mövcudluğunu qoruyan çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən milyonlarla ailədir.
Oxu24.com xəbər verir ki,bunu Milli Məclisin iclasında deputat Zahid Oruc bildirib.
"30 ildən sonra qazandığımız Qarabağ Zəfəri "qaçqın və məcburi köçkün ailələr" məfhumunu tarixə qovuşdurdu. Gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən azərbaycanlı ailələrə yol açdı. Tarixi dönüşün rəmzi olaraq 21-ci əsrin tək qalib xalqının öz "Milli Ailə Günü" olması təbii və layiqli bir qərar olardı.
Hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır. Postmodern dəyərlər sistemi, avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. Ona görə də müzakirəyə təqdim edilən ailə institutun barometri sayılacaq 2025-ci il üzrə Ailə, qadın uşaq məsələləri üzrə Dövlət Komitəsinin Məlumatı mühüm analitik sənəddir.
Sənəddə diqqət çəkən ilk məsələ azərbaycanlı ailələrin üzləşdiyi risklərdir. 2025-ci ildə Qadın Dəstək Xəttinə 3954 müraciət daxil olub. Onların 28 faizi psixoloji dəstək, 17 faizi zorakılıq, 15 faizi hüquqi yardım, 9 faizi boşanma məsələləri ilə bağlıdır. Rəqəmlər göstərir ki, zorakılıq artıq yalnız fiziki yox - psixoloji, hüquqi və sosial müdafiə problemi kimi də ciddi yer tutur.
İkinci məsələ mühafizə orderləridir. Komitənin tövsiyəsi - qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması - düzgün yanaşmadır. Çünki zorakılıqda vaxt amili həlledicidir. Zərərçəkən şəxs müdafiəni həftələrlə gözləyirsə, nəticə ağır olur.
Üçüncü ciddi məsələ qohum nikahlarıdır. Milli Məclisin iki il öncə qəbul etdiyi qanun öz bəhrəsini verir: statistikaya baxsaq, 2022-ci ildə 2542 olan belə nikahların sayı 2024-cü ildə 2058-ə, 2025-ci ildə isə 1412-ə düşüb. Azalma var, lakin problem tam aradan qalxmayıb. 2025-ci ildə ən yüksək göstəricilər Bakı üzrə 360, Lənkəran-Astara üzrə 223 nəfərdir. Göründüyü kimi, qohum nikahları təkcə hüquqi qadağa ilə aradan qalxmır - davranış dəyişikliyi, maarifləndirmə, tibbi-genetik məsləhət və məktəblərin sistemli işi vacibdir.
Dördüncü problem ana və uşaq ölümü göstəriciləridir. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib. Kənd yerlərində azalma müşahidə edilsə də, rəqəmlər hələ yüksək olaraq qalır. 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib; hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir. Əhalinin demoqrafik artımına ehtiyac duyduğumuz dövrdə "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsi təklifini parlament də dəstəkləyəcək.
Beşinci məsələ qızların təhsil və ixtisas seçimidir. Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır. Formalaşan reallığı dəyişmək üçün ilk həlqə - məktəbdir.
Nəhayət, informasiya mühiti ilə bağlı sənəddə göstərilir ki, sosial şəbəkələr, TikTok və YouTube kanalları ailə münaqişələrini sensasiyaya çevirir, boşanmanı, zorakılığı, xəyanəti reytinq aləti kimi istifadə edirlər. Ailə institutunu ideallaşdırmadan, lakin nüfuzdan da salmadan - sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri ictimai məkanda birinci yerdə dayanmalıdır.
Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir. Övladlarını təhsilli və vətənpərvər böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq, ailə birliyini qoruyan, şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağa və Şərqi Zəngəzuru qazana, indi qayıdaraq yeni həyat quran ailələrin nümayişi ailə institutunu xarici hücumlardan qorumaq deməkdir.
Dövlət Komitəsinin fəaliyyətini bir daha yüksək qiymətləndirir, hesabatı ailə, qadın və uşaq siyasəti üzrə qərarların qəbulunda mühüm analitik baza sayır, Komitənin aktiv və sistemli işinə müsbət səs veririk",-deyə Zahid Oruc bildirib.
Miri Məcidli
15:51 / 26 May 2026
1
15:36 / 26 May 2026
37
15:31 / 26 May 2026
50
15:17 / 26 May 2026
263
15:15 / 26 May 2026
45
15:09 / 26 May 2026
105
15:06 / 26 May 2026
50
14:59 / 26 May 2026
61
14:52 / 26 May 2026
140
14:45 / 26 May 2026
60
14:39 / 26 May 2026
475
14:17 / 26 May 2026
128
14:12 / 26 May 2026
67
14:09 / 26 May 2026
186
14:06 / 26 May 2026
83
14:02 / 26 May 2026
73
13:58 / 26 May 2026
71
13:55 / 26 May 2026
187
13:50 / 26 May 2026
74
13:41 / 26 May 2026
78
13:36 / 26 May 2026
547
13:30 / 26 May 2026
86
13:13 / 26 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.