4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
524
26.05.2026, 13:30
Son illər elektron sənədlərə keçid dünyanın bir çox ölkəsində sürətlənib. Azərbaycanda da attestat, diplom və digər rəsmi sənədlərin rəqəmsal formata keçirilməsi dövlət xidmətlərinin daha çevik və şəffaf təşkilinə yönəlmiş addımlardan biri hesab olunur.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Ajans.az-a İT mütəxəssisi Elvin Abbasov bildirib ki, elektron sənədlərin əsas üstünlüyü onların xüsusi rəqəmsal imza, QR-kod və mərkəzləşdirilmiş məlumat bazası ilə qorunmasıdır. Bu mexanizmlər sənədlərin saxtalaşdırılması riskini minimuma endirir və onların həqiqiliyinin birbaşa sistem üzərindən yoxlanılmasına imkan yaradır.
Ekspertin sözlərinə görə, elektron sənədlərin xarici ölkələrdə tanınması əsasən dövlətlərarası hüquqi müqavilələrdən, rəqəmsal doğrulama imkanlarından və ölkələr arasında inteqrasiya səviyyəsindən asılıdır. Hazırda bir çox dövlət rəqəmsal diplom və attestatların üzərində yerləşdirilən QR-kod və ya xüsusi keçid vasitəsilə sənədlərin dövlət reyestrləri üzərindən elektron təsdiqini qəbul edir.
Bundan əlavə, elektron apostil (e-Apostille) və rəqəmsal leqallaşdırma sistemlərinin tətbiqi elektron sənədlərin xarici ölkələrin dövlət və təhsil qurumları tərəfindən tanınmasını daha da asanlaşdırır.
O qeyd edib ki, elektron sənədlərə keçidin əsas məqsədi dövlət idarəçiliyində, təhsil və biznes sahəsində kağızsız, şəffaf və operativ idarəetmə modelinin qurulmasıdır. Ənənəvi sistemdə sənədlərin fiziki imzalanması, daşınması və arxivləşdirilməsi həm vaxt itkisinə, həm də əlavə maliyyə xərclərinə səbəb olurdu. Yeni rəqəmsal sistem isə vətəndaşların müxtəlif qurumlardan ayrıca sənəd toplamaq ehtiyacını aradan qaldırır və xidmətlərin göstərilməsini sürətləndirir.
Təhlükəsizlik məsələsinə gəlincə, ekspert hesab edir ki, elektron sənədlər kağız sənədlərlə müqayisədə daha etibarlıdır. Bu sənədlər rəqəmsal imza, şifrələmə texnologiyaları və qorunan dövlət reyestrləri vasitəsilə mühafizə olunur. QR-kod vasitəsilə aparılan yoxlama zamanı sistem sənədin vizual görünüşünü deyil, birbaşa dövlət bazasında saxlanılan orijinal məlumatı təsdiqləyir. Bu da sonradan məlumatların dəyişdirilməsi və ya saxtalaşdırılması ehtimalını minimuma endirir.
12:54 / 11 Noyabr 2026
1
12:48 / 11 Noyabr 2026
31
12:44 / 11 Noyabr 2026
38
12:35 / 11 Noyabr 2026
89
12:32 / 11 Noyabr 2026
54
12:29 / 11 Noyabr 2026
62
12:24 / 11 Noyabr 2026
270
12:19 / 11 Noyabr 2026
140
12:15 / 11 Noyabr 2026
80
12:09 / 11 Noyabr 2026
73
11:57 / 11 Noyabr 2026
477
11:50 / 11 Noyabr 2026
105
11:49 / 11 Noyabr 2026
142
11:43 / 11 Noyabr 2026
625
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
137
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
128
11:06 / 11 Noyabr 2026
105
10:56 / 11 Noyabr 2026
447
10:51 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.