4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
26.05.2026, 13:13
İyunun 17-20-də Bakı Ekspo Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfdaşlığı ilə "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək.
Oxu24.com KOBİA-ya istinadən xəbər verir ki, Agentlik sərginin təşkilatçılarından olmaqla yanaşı, tədbirdə xüsusi stendlə də təmsil olunacaq.
Agentliyin stendində ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 11-dək müvafiq formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölməsində "7-ci Yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır).
Qeyd edək ki, "Yerli şirkətlərin tanıtım sərgisi" 7-ci dəfə təşkil olunur. Builki sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirməsi nəzərdə tutulur.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.
"B2G zona" da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər. İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti sərginin tərəfdaşlarıdır.
12:54 / 11 Noyabr 2026
1
12:48 / 11 Noyabr 2026
31
12:44 / 11 Noyabr 2026
38
12:35 / 11 Noyabr 2026
89
12:32 / 11 Noyabr 2026
54
12:29 / 11 Noyabr 2026
62
12:24 / 11 Noyabr 2026
270
12:19 / 11 Noyabr 2026
140
12:15 / 11 Noyabr 2026
80
12:09 / 11 Noyabr 2026
73
11:57 / 11 Noyabr 2026
477
11:50 / 11 Noyabr 2026
105
11:49 / 11 Noyabr 2026
142
11:43 / 11 Noyabr 2026
625
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
137
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
128
11:06 / 11 Noyabr 2026
105
10:56 / 11 Noyabr 2026
447
10:51 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.