İlham Əliyev ABŞ senatoru ilə görüşdü
07 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
827
25.05.2026, 23:39
Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahandan sonra nəticələr və ümumi mənzərə ilə bağlı ilkin müzakirələrə əsasən, bu il imtahanın bəzi hissələrində əvvəlki illərlə müqayisədə fərqli yanaşmalar müşahidə olunub. Xüsusilə ayrı-ayrı fənlər üzrə sualların çətinlik səviyyəsi ilə bağlı abituriyentlərin fikirləri müxtəlifdir. İlkin qiymətləndirmələrə görə, nəticələrin və keçid ballarının necə dəyişəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.
Mövzu ilə bağlı Modern.az-a danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, ən vacib məqamlardan biri odur ki, bu imtahanlar ümumi qəbul sisteminin ayrıca və müstəqil hissəsi deyil, onun təbii tərkib hissəsidir.
"Bildiyimiz kimi, qəbul imtahanları buraxılış və blok mərhələlərindən ibarətdir. Blok imtahanlarının asan və ya çətin olması isə birbaşa buraxılış imtahanlarının çətinlik səviyyəsindən asılıdır. Çünki bu mərhələlər bir-birini mütləq şəkildə tamamlamalıdır.
Buraxılış imtahanları çətin keçdiyi halda blok imtahanlarının da ağır olacağını gözləmək doğru olmazdı. Əgər belə olsaydı, çox ciddi xaos yarana bilərdi. Bu xaos həm ixtisas seçimində, həm də keçid ballarının formalaşmasında özünü göstərə bilərdi. Məhz buna görə də mən blok imtahanlarının nisbətən rahat keçəcəyini əvvəlcədən proqnozlaşdırırdım və bununla bağlı sosial şəbəkə hesablarımda da fikirlərimi bölüşürdüm. Bəziləri buna inanmasa da, son nəticədə vəziyyətin doğrudan da belə olduğu göründü. Ən azı dünənki imtahanlarla bağlı ilkin təəssüratlar bunu deməyə əsas verir".
Ekspert həmçinin vurğulayıb ki, qəbul prosesində imtahanlar arasında balansın qorunması ən vacib məsələlərdən biridir:
"Əks halda, imtahan prosesinin uğurlu təşkilindən danışmaq olmaz. Bu baxımdan II və III ixtisas qrupları üzrə blok imtahanlarında sualların çətinlik səviyyəsini nəzərə alsaq, müəyyən qədər rahat keçdiyini deyə bilərik.
Amma bu məntiqi arqumentlərin nəticələrdə özünü necə göstərəcəyini indidən dəqiq söyləmək çətindir. Çünki imtahan hələ dünən keçirilib və nəticələr məlum deyil. Doğrudur, adətən ilkin təəssüratlar son nəticələrdə də öz təsdiqini tapır. Buraxılış imtahanlarında da bunu gördük. İnsanların imtahanın çətinliyi ilə bağlı etirazlarının nəticələr açıqlanandan sonra müəyyən mənada haqlı olduğunu gördük".
Ekspert hesab edir ki, sualların asan olması ilə bağlı səslənən fikirlər nəticələrdə özünü göstərəcək:
"Amma burada bir mühüm fərq var. Bu il II ixtisas qrupu üzrə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli artıb. Ötən il təxminən 25 min nəfər sənəd vermişdisə, bu il bu rəqəm 28 mini keçib. Yəni 3 mindən çox artım var və bu, az fərq deyil.
II ixtisas qrupunda plan yerlərinin ötən illə müqayisədə ciddi dəyişmədiyini nəzərə alsaq, bu il nisbətən xeyli abituriyentin qəbul olmama ehtimalını görə biləcəyik. Bu, xüsusilə aşağı və orta ballı ixtisaslarda özünü göstərə bilər. Məsələn, 150 ballıq ixtisaslarda, yəni buraxılış imtahanında minimum 100 bal toplayaraq seçim hüququ qazanan abituriyentlər arasında rəqabətin daha çox hiss olunacağı gözlənilir".
E.Nuri onu da əlavə edib ki, III ixtisas qrupunda isə vəziyyət ötən ildən ciddi fərqlənməyəcək:
"Çünki burada müraciətçi sayı cəmi 50 nəfər artıb. Bu isə ümumi mənzərəni dəyişəcək qədər ciddi fərq deyil. Ümumi mexanizm də ötən ildən fərqlənmədiyi üçün III ixtisas qrupunda vəziyyət nə ötən ilkindən çətin olacaq, nə də asan olacaq.
Əlavə olaraq, qeyd etmək istərdim ki hazırda yalnız II və III ixtisas qrupları üzrə keçirilən imtahanları qiymətləndirə bilirik. I və IV ixtisas qrupları üzrə imtahanlar keçirildikdən sonra ümumi mənzərə haqqında daha dolğun fikir söyləmək mümkün olacaq".
Ekspert həmçinin qeyd edib ki, hansı fənlər üzrə hansı sualların daha çətin və ya daha asan olması məsələsinə gəlincə, bunu həmin fənlərin müəllimləri və mütəxəssisləri daha peşəkar şəkildə şərh edə bilərlər:
"Biz isə yalnız ümumi müşahidələri və cəmiyyətdə formalaşan reaksiyanı qiymətləndirə bilərik.
Nümunə olaraq, III ixtisas qrupunda tarix fənni ilə bağlı birmənalı fikir yoxdur. Bəzi müəllimlər müəyyən suallarla bağlı irad bildirirlər, digərləri isə əksinə, tarix suallarının asan olduğunu deyirlər. Azərbaycan dili fənni üzrə də oxşar vəziyyət müşahidə olunur. Bir müəllim sualları asan hesab edir, başqa müəllim isə qeyri-adi və fərqli formatların olduğunu deyir. Halbuki hər iki şəxs eyni sahənin müəllimidir. Onların fərqli düşünməsi müəyyən mənada subyektiv yanaşmadan irəli gəlir. Amma ümumi barometr və abituriyentlərin ilkin reaksiyası imtahanların nisbətən asan keçdiyini göstərir".
11:10 / 07 İyul 2026
15
11:09 / 07 İyul 2026
25
11:05 / 07 İyul 2026
30
11:01 / 07 İyul 2026
77
10:53 / 07 İyul 2026
124
10:48 / 07 İyul 2026
40
10:46 / 07 İyul 2026
42
10:39 / 07 İyul 2026
53
10:32 / 07 İyul 2026
51
10:15 / 07 İyul 2026
285
10:12 / 07 İyul 2026
67
09:59 / 07 İyul 2026
66
09:58 / 07 İyul 2026
802
09:38 / 07 İyul 2026
446
09:34 / 07 İyul 2026
135
09:27 / 07 İyul 2026
65
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
283
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
694
00:16 / 07 İyul 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.