Dəri ləkələrini hidrogen peroksidlə aparmaq mümkündürmü? -AÇIQLAMA
11 Noyabr 2026, 13:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
567
25.05.2026, 22:14
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Oxu24.com xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq dialoqa, çoxtərəfli əməkdaşlığa və qlobal əlaqələrə mühüm töhfə verərək öz rolunu gücləndirməkdə davam edir. Ölkənin sürətli inkişafı və artan beynəlxalq mövqeyi xalqınız üçün qürur mənbəyidir və eyni zamanda dünyanın hər yerində Azərbaycanın dostlarını sevindirir.
Həmçinin Sizi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda uğurlu təşkili münasibətilə təbrik edirik. Bu Forum bir daha Azərbaycanın dövrümüzün ən aktual problemlərinin həllinə həsr olunmuş qlobal toplantılara ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirdi.
Bu ilin mart ayında keçirilən XIII Qlobal Bakı Forumunda Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini qlobal problemlərin həllində fəal iştirak etməyə çağırmışdınız. Buna uyğun olaraq Mərkəz Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası zamanı müzakirələrdə 15-dən çox üzvünün fəal iştirakı ilə Foruma töhfə verməkdən şərəf duyur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə davamlı dəstəyinizə və artan qlobal qeyri-müəyyənlik dövründə dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Zati-aliləri, ən yüksək ehtiramımızı və Azərbaycan Respublikasına, onun xalqına davamlı sülh, firavanlıq və uğurlar arzularımızı qəbul etməyinizi xahiş edirik.”
13:19 / 11 Noyabr 2026
1
13:13 / 11 Noyabr 2026
25
12:57 / 11 Noyabr 2026
96
12:54 / 11 Noyabr 2026
86
12:48 / 11 Noyabr 2026
83
12:44 / 11 Noyabr 2026
110
12:35 / 11 Noyabr 2026
167
12:32 / 11 Noyabr 2026
94
12:29 / 11 Noyabr 2026
75
12:24 / 11 Noyabr 2026
471
12:19 / 11 Noyabr 2026
310
12:15 / 11 Noyabr 2026
94
12:09 / 11 Noyabr 2026
88
11:57 / 11 Noyabr 2026
577
11:50 / 11 Noyabr 2026
120
11:49 / 11 Noyabr 2026
181
11:43 / 11 Noyabr 2026
1025
11:34 / 11 Noyabr 2026
112
11:32 / 11 Noyabr 2026
157
11:28 / 11 Noyabr 2026
169
11:16 / 11 Noyabr 2026
340
11:13 / 11 Noyabr 2026
94
11:11 / 11 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.