Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
11 Noyabr 2026, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
527
21.05.2026, 12:39
İşğaldan azad olunmuş Ağdam şəhərində “Böyük Qayıdış” proqramı çərçivəsində həyat yenidən canlanır.
Uzun illər məcburi köçkün həyatı yaşamış sakinlər doğma yurda qayıdaraq keçmişin ağrılarını unutmağa çalışır, eyni zamanda dirçəliş və quruculuq prosesinin bir parçasına çevrilirlər.
Ağdam sakini Pərvin Abışova APA-ya bildirib ki, o, Ağdam rayonunda anadan olsa da, işğal səbəbindən doğma yurddan ayrı düşüb: "Ağdam işğal olunanadək şəhər daim atəş altında olub və sakinlər ağır şəraitdə müqavimət göstəriblər. Babalarım və əmim də özünümüdafiə batalyonunda iştirak edərək şəhid oldular. İşğaldan sonra ailələmiz Ağdamı tərk etmək məcburiyyətində oldu. Atam, anam, qardaşım, nənəm, atamın bacısı, şəhid əmimin ailəsi və digər doğmalarımızla birlikdə Ağcabədiyə köç etdik. Uzun illər Ağdam həsrəti ilə yaşadıq".
P. Abışova Ağdama övladları ilə birgə qayıtdığını deyib: “Uşaqlıqdan Qarabağla bağlı xatirələrlə böyümüşəm. Anam bizə həmişə Ağdamdan danışardı. Bir vaxtlar valideynlərimlə tərk etdiyim yurda bu dəfə onlarsız qayıtmaq mənim üçün fərqli hisslər yaradır.
Prezidentin tapşırığına uyğun olaraq həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu istiqamətdə Ağdam şəhəri də yenidən qurulur, müasir infrastruktur yaradılır və illər sonra bu torpaqlara həyat qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin”.
16:01 / 11 Noyabr 2026
1
16:00 / 11 Noyabr 2026
11
15:50 / 11 Noyabr 2026
40
15:50 / 11 Noyabr 2026
35
15:40 / 11 Noyabr 2026
42
15:31 / 11 Noyabr 2026
158
15:27 / 11 Noyabr 2026
325
15:13 / 11 Noyabr 2026
93
15:07 / 11 Noyabr 2026
107
14:51 / 11 Noyabr 2026
103
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
96
14:26 / 11 Noyabr 2026
231
14:13 / 11 Noyabr 2026
726
13:58 / 11 Noyabr 2026
278
13:54 / 11 Noyabr 2026
543
13:48 / 11 Noyabr 2026
154
13:44 / 11 Noyabr 2026
219
13:41 / 11 Noyabr 2026
114
13:33 / 11 Noyabr 2026
276
13:27 / 11 Noyabr 2026
182
13:19 / 11 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.