Beyin işi üçün ən yaxşı səhər yeməyi: İnsanların çoxu isə tam əksini seçir
20 May 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
327
20.05.2026, 21:04
İran hökuməti Azərbaycan-İran dövlət sərhədindən avtomobil idxalı imkanlarının genişləndirilməsi barədə qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayılıb.
Yeni qərara əsasən, Ərdəbil azad iqtisadi zonasında yerləşən Biləsuvar (İran) gömrük məntəqəsi idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqələrindən biri statusunu alıb. Bununla da Azərbaycan-İran sərhədindən avtomobil idxalı üçün yeni marşrut istifadəyə verilib.
Qərarın avtomobil idxalına qoyulan məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə tələbatın artması fonunda qəbul edildiyi bildirilir.
İran rəsmilərinə görə, təşəbbüsün əsas məqsədi idxal prosedurlarını sürətləndirmək, digər gömrük məntəqələrində yükü azaltmaq, eləcə də nəqliyyat və anbar xərclərini optimallaşdırmaqdır.
Qeyd olunur ki, yeni marşrutun açılması avtomobillərin gömrük rəsmiləşdirilməsini sürətləndirəcək, anbar infrastrukturundan daha səmərəli istifadəni təmin edəcək və əməliyyat xərclərinin bir hissəsini azaldacaq.
Biləsuvar gömrük məntəqəsinin Qafqaz nəqliyyat yollarına və Azərbaycan sərhədinə yaxınlığı səbəbilə İranın şimal-qərb regionlarının ticarətində strateji əhəmiyyət daşıdığı vurğulanır.Bakupost.az
22:49 / 20 May 2026
1
22:39 / 20 May 2026
17
22:28 / 20 May 2026
32
22:25 / 20 May 2026
30
22:19 / 20 May 2026
33
22:14 / 20 May 2026
112
22:10 / 20 May 2026
112
22:08 / 20 May 2026
157
22:05 / 20 May 2026
32
22:03 / 20 May 2026
38
22:02 / 20 May 2026
42
22:00 / 20 May 2026
36
21:57 / 20 May 2026
38
21:53 / 20 May 2026
42
21:52 / 20 May 2026
188
21:42 / 20 May 2026
168
21:39 / 20 May 2026
38
21:39 / 20 May 2026
52
21:35 / 20 May 2026
46
21:33 / 20 May 2026
40
21:27 / 20 May 2026
330
21:23 / 20 May 2026
85
21:15 / 20 May 2026
50
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.