Qaynar xətt:

(+99450) 247 90 86

Bakı məktəbində BƏDBƏXT HADİSƏ İLƏ BAĞLI SON MƏLUMAT

Bakı məktəbində BƏDBƏXT HADİSƏ İLƏ BAĞLI SON MƏLUMAT

CƏMİYYƏT

192

14.05.2026, 23:59

Bu gün saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb.

Bununla bağlı Oxu24.com -un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.