Armudun bu növü mədə xərçənginin qarşısını alır - FAYDALARI
15 May 2026, 00:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
130
14.05.2026, 23:30
İşə düzəltmə xidmətləri son illərdə daha çox müraciət olunan sahələrdən birinə çevrilib. Bu cür xidmətlərə qanunvericilikdə birbaşa qadağa yoxdur və onlar ümumi hüquqi çərçivədə fəaliyyət göstərə bilirlər. Lakin bu fəaliyyətin şəffaf və qanuni şəkildə həyata keçirilməsi mühüm şərt sayılır. Tərəflər arasındakı münasibətlər əsasən bağlanan müqavilə ilə tənzimlənir.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, qanunvericiliyə əsasən, qanunla qadağan edilməyən istənilən fəaliyyət həyata keçirilə bilər:
"İşə düzəltmə xidmətlərinin göstərilməsi də qanunla qadağan edilmir və bu xidmətlər qanuni çərçivədə təqdim oluna bilər. Lakin belə fəaliyyətlə məşğul olan şəxslər mütləq sahibkarlıq subyekti kimi qeydiyyatdan keçməli və vergi öhdəliklərini yerinə yetirməlidirlər. İşə düzəltmə xidmətlərinin konkret qaydaları qanunla detallı şəkildə tənzimlənmir, bu səbəbdən tərəflər arasındakı münasibətlər əsasən bağlanılan müqavilə ilə müəyyən olunur. Yəni vətəndaş işə düzəltmə xidmətindən istifadə etmək istəyirsə, xidmət göstərən tərəflə rəsmi müqavilə bağlanmalı və bütün şərtlər həmin sənəddə açıq şəkildə göstərilməlidir".
Vəkil deyib ki, müqavilədə xidmətin həcmi, görüləcək işlər, ödənişin miqdarı və şərtləri, eləcə də nəticəyə dair öhdəliklər konkret şəkildə qeyd olunmalıdır:
"Məsələn, tərəflər razılaşa bilər ki, xidmət göstərən şəxs işə düzəltmə prosesini təşkil edir, sənədləşməni həyata keçirir və müraciətləri təqdim edir, lakin nəticə əldə olunmasa ödəniş geri qaytarılmır. Alternativ olaraq isə müəyyən hallarda ödənişin qismən və ya tam geri qaytarılması da şərt kimi qoyula bilər. Ümumilikdə, əsas məsələ odur ki, belə xidmətlərdən istifadə edən şəxslər mütləq müqavilə tələb etməli, şərtləri diqqətlə oxumalı və yalnız razı olduqları halda razılaşma imzalamalıdırlar"
,- deyə o bildirib.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
20:41 / 14 May 2026
286
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.