Qaynar xətt:

(+99450) 247 90 86

Tanınmış həkim vəfat etdi - FOTO 

Tanınmış həkim vəfat etdi - FOTO 

CƏMİYYƏT

209

25.04.2026, 20:20

Şirvanda tanınmış həkim vəfat edib.

 

Oxu24.com  xəbər verir ki, Azər Əkbərli bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının peşəkar həkimlərindən biri olub. Azər Əkbərli 2000-2007-ci illərdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi-terapevt kimi fəaliyyət göstərib. 2008-ci ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq işləyib. 2010-cu ildən isə həmin xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində çalışmağa davam edib.

 

O, 2021-ci ildən etibarən Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində fəaliyyət göstərirdi.

 

2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib./Oxu.az