Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
695
15.04.2026, 21:52
Səməd bəy Mehmandarov Azərbaycan hərb tarixində xüsusi yeri olan sərkərdələrdən biridir. O, Rus-Yapon müharibəsi zamanı göstərdiyi igidliklə təkcə öz ordusunda deyil, düşmən tərəfində belə böyük hörmət qazanmışdı.
Oxu24.com xəbər verir ki,həmin dövrdə polkovnik rütbəsində olan Mehmandarov Port Artur qalasının sağ cinahının müdafiəsinə rəhbərlik edirdi.
O, artilleriya qüvvələrini ustalıqla idarə edərək yapon hücumlarının qarşısını böyük itkilər bahasına dayandırmışdı. Bu şücaətinə görə ona sonradan general-mayor rütbəsi verilsə də, o, həmin vaxt bundan xəbərsiz idi.
Döyüşlər zamanı ağır yaralanaraq əsir düşən Mehmandarova azadlıq qarşılığında öhdəlik götürmək təklif edilsə də, o, bunu qəti şəkildə rədd edir və təxminən bir il Yaponiyada əsirlikdə qalır.
Əsirlik dövründə baş verən maraqlı hadisə isə onun qəhrəmanlığını bir daha sübut edir. Yapon zabitləri onun yerləşdiyi baraka gələrək Port Arturun sağ cinahını müdafiə edən artilleriya komandirini soruşurlar. Mehmandarov əvvəlcə özünü təqdim etməsə də, yaponlar məhz onu axtardıqlarını bildirir. Səbəb isə onun rəhbərliyi altında göstərilən misilsiz müqavimət idi.
Hətta yapon zabitləri onun qarşısında düzülərək kollektiv şəkildə baş əyir və bildirirlər ki, məhz onun rəhbərliyi nəticəsində həmin istiqamətdə minlərlə yapon əsgəri itki vermişdi.
Bu hadisə Səməd bəy Mehmandarovun hərbi peşəkarlığının və şəxsi cəsarətinin düşmən tərəfindən belə etiraf olunduğunu göstərən nadir tarixi nümunələrdən biridir.
Hazırladı: Turan
11:36 / 12 Noyabr 2026
1
11:35 / 12 Noyabr 2026
23
11:34 / 12 Noyabr 2026
20
11:31 / 12 Noyabr 2026
40
11:24 / 12 Noyabr 2026
122
11:21 / 12 Noyabr 2026
42
11:19 / 12 Noyabr 2026
54
11:05 / 12 Noyabr 2026
57
11:00 / 12 Noyabr 2026
75
10:45 / 12 Noyabr 2026
95
10:39 / 12 Noyabr 2026
96
10:36 / 12 Noyabr 2026
85
10:27 / 12 Noyabr 2026
238
10:20 / 12 Noyabr 2026
90
10:18 / 12 Noyabr 2026
83
10:05 / 12 Noyabr 2026
208
09:51 / 12 Noyabr 2026
95
09:48 / 12 Noyabr 2026
95
09:42 / 12 Noyabr 2026
261
09:36 / 12 Noyabr 2026
105
09:22 / 12 Noyabr 2026
747
08:13 / 12 Noyabr 2026
235
08:05 / 12 Noyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.