Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
708
15.04.2026, 20:04
Hazırda medianın gündəmindəki mövzulardan biri də Vado Korovinin Speys TV-dən ayrılması və bunun mümkün nəticələridir. Bəzi ekspertlər və izləyicilər bunu Speys TV üçün dönüş nöqtəsi kimi qiymətləndirirlər. Hətta kanalın fəaliyyətini dayandıra biləcəyi ehtimalı da irəli sürülür.
Bəs reallıq necədir: Speys TV bağlanacaqmı?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan media eksperti Müşfiq Ələsgərli son iki gün ərzində Speys TV barədə yayılan xəbərlərin bir neçə istiqaməti əhatə etdiyini bildirib.
“Bunlardan biri televiziyanın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlıdır. Başqa bir istiqamət isə Audiovizual Şura tərəfindən kanalda yoxlamaların aparılmasıdır. Diqqət yetirəndə görürük ki, bu xəbərlərin içində digər törəmə informasiyalar da mövcuddur. Yəni TV barədə qeyri-müəyyən məlumatların çeşidi çoxdur. Yaxşı olardı ki, ehtimallar, subyektiv mülahizələr yayılıb ictimai fikirdə yer tutmadan öncə TV rəhbərliyi media qarşısına çıxıb açıqlama versin. Nə baş verdiyini, niyə baş verdiyini izah etsin”, - o əlavə edib.
M.Ələsgərli qeyd edib ki, gedişatla bağlı müəmmalar var:
“Düzdür, jurnalistlərin suallarına cavab olaraq TV-nin hansısa təmsilçisi müəyyən açıqlama verib, məlumatların bir qismini təkzib edib, digər qisminə isə toxunmadan üzərindən keçib. Amma sual yaranır ki, o, yayılmış məlumatların digər qismini cavablandırmaqdan niyə yan keçib? Bu cür davranış qeyri-müəyyənliyi artırır. İnsanlarda istər-istəməz şübhə yaranır ki, deməli, ortada daha dərin məsələlər var. Bəlkə də, dərin bir şey yoxdur. Yoxlamalar yekunlaşıb nəticələr açıqlanmayana qədər biz heç bir şey deyə bilmərik. Yaranmış suallara aydın cavab vermək üçün ən yaxşı vasitə kanal rəhbərliyinin media qarşısına çıxıb normal açıqlama verməsi olardı. Təəssüf ki, iki gün ərzində bunu görmürük”.
11:36 / 12 Noyabr 2026
1
11:35 / 12 Noyabr 2026
23
11:34 / 12 Noyabr 2026
20
11:31 / 12 Noyabr 2026
40
11:24 / 12 Noyabr 2026
122
11:21 / 12 Noyabr 2026
42
11:19 / 12 Noyabr 2026
54
11:05 / 12 Noyabr 2026
57
11:00 / 12 Noyabr 2026
75
10:45 / 12 Noyabr 2026
95
10:39 / 12 Noyabr 2026
96
10:36 / 12 Noyabr 2026
85
10:27 / 12 Noyabr 2026
238
10:20 / 12 Noyabr 2026
90
10:18 / 12 Noyabr 2026
83
10:05 / 12 Noyabr 2026
208
09:51 / 12 Noyabr 2026
95
09:48 / 12 Noyabr 2026
95
09:42 / 12 Noyabr 2026
261
09:36 / 12 Noyabr 2026
105
09:22 / 12 Noyabr 2026
747
08:13 / 12 Noyabr 2026
235
08:05 / 12 Noyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.