16 yaşlı oğlanın dənizdə axtarışları davam edir
07 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
741
14.04.2026, 20:17
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, imtahanların asan və ya çətin olması qəbul planına təsir etmir.
Oxu24.com xəbər verir ki“Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıqlamasında qeyd etdi ki, təhsil müəssisələrinə neçə nəfərin qəbul olunacağı əvvəlcədən müəyyən edilir:
“Bu baxımdan imtahan çətin olsa da, asan olsa da, plan dəyişmir. Məsələn, 10 000 yer varsa, yenə 10 000 nəfər qəbul olunacaq. Bu hissədə, təbii ki, nazir haqlıdır. Amma kritik məqam nədir? İmtahanın çətinliyi keçid ballarına və nəticələrə ciddi təsir edir. Çətin imtahan keçid ballarını ümumi olaraq aşağı salır, asan imtahanda isə ballar yüksəlir, keçid balı qalxır. Yəni plan yeri dəyişmir, amma kimlərin qəbul olunacağı və hansı balla düşəcəyi dəyişir. İmtahan səviyyəsi dolayısı yolla bunlara təsir edən bir haldır. Yəni rəqabət forması, ixtisas üzrə keçid balları necə olur, bəzi abituriyentlərin şansının artması və ya azalması bu məsələyə daxildir. Məsələn, çətin ildə orta səviyyəli şagirdin şansı artır, asan ildə isə yüksək bal toplayanların sayı çox olur, rəqabət sərtləşir. Nəticədə burada formal olaraq imtahanın çətinliyi qəbul planına təsir etmir. Praktiki olaraq isə imtahan səviyyəsi qəbul nəticəsinin strukturuna ciddi təsir edir. Plan sabitdir, amma oyun qaydası dəyişir”.
Müsahibimiz vurğuladı ki, imtahan nə çətin, nə asan olmamalıdır, müəyyən bir yol tutmalı və suallar abituriyenti çətinə salmamalı, onun real biliyini analiz etməli, real biliyini ortaya qoymalıdır:
“Əgər bunu ortaya qoymursa və yaxud da daha çətin, yaxud da asan olmağı ilə biz real biliyi ölçə bilmirik. Yəni bu məsələlər diqqətdən qaçmamalıdır”.
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.