28 mayda əfv sərəncamı imzalana bilər?
15 Aprel 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
89
14.04.2026, 18:41
Dünyanın ən zəngin iş adamlarının siyahısı açıqlanıb. Belə ki, siyahıda azərbaycanəsilli milyarderlər də yer alır.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, reytinqə əsasən, dünyanın ən varlı iş adamları sırasında Vahid Ələkbərov 81-ci pillədə qərarlaşıb və onun sərvəti 29,5 milyard dollardır. Vahid Ələkbərovun uğur yolu sadə işçi kimi başlayıb. O, əvvəlcə Xəzər dənizində neft platformasında işləyib, daha sonra Sovet dövründə neft sənayesinə rəhbərlik edən qurumda nazir müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə o, üç böyük neft yatağını birləşdirərək Lukoil şirkətini yaradıb. Bu gün şirkət Rusiyanın ən iri müstəqil neft istehsalçılarından biridir. Ələkbərov uzun illər bu şirkətə rəhbərlik edib və onun təxminən 30 faizinə sahib olub. 2014-cü ildə Lukoil ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə isə Böyük Britaniya tərəfindən sanksiya tətbiq olunduqdan sonra Ələkbərov şirkət prezidenti vəzifəsindən ayrılıb. Həmin il o, Niderlanddakı Heesen Yachts zavodundakı payını da fonda ötürüb.
837 və 838-ci yerlərdə isə Qod Nisanov və Zarah İliyev yer alır. Onların hər birinin sərvəti 5,1 milyard dollardır.
Həmçinin oxuyun
Qod Nisanov və Zarah İliyev Rusiyanın paytaxtı Moskvada ən böyük daşınmaz əmlak sahiblərindən hesab olunurlar. Azərbaycandan köçən tərəfdaşlar burada iri ticarət mərkəzləri, hotellər və yaşayış kompleksləri tikiblər. Onların ümumi daşınmaz əmlak portfeli təxminən 14 milyon kvadrat metr təşkil edir. Sahibkarlar Moskvada böyük topdansatış mərkəzi - “Food City”ni yaradıblar və şəhər ətrafında bir sıra iri ticarət obyektlərinə sahibdirlər. Zarah İliyev həmçinin məşhur “Radisson Royal Moscow” otelinin ortaq sahibidir. Bu hotel 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı FIFA-nın əsas qərargahlarından biri kimi istifadə olunub.
Siyahının 2386-cı pilləsində isə Fərhad Əhmədov qərarlaşıb və onun sərvəti 1,7 milyard dollar təşkil edir. Fərhad Əhmədov biznes fəaliyyətinə Londonda xəz satışı ilə başlayıb. 1987-ci ildə o, qaz sənayesi üçün avadanlıq təmin edən şirkət yaradıb. Daha sonra Sibirdə fəaliyyət göstərən “Nortgas” şirkətində pay alaraq enerji sektorunda mövqeyini gücləndirib. 1998-ci ildə şirkətdə əsas pay sahiblərindən birinə çevrilən F.Əhmədov 2012-ci ildə bu payını 1,4 milyard dollara satıb. Onun adı daha çox Böyük Britaniyada keçmiş həyat yoldaşı ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi ilə gündəmə gəlib. Məhkəmə ona 454 milyon funt sterlinq ödəmək qərarı çıxarsa da, bu mübahisə yalnız 2021-ci ildə razılaşma ilə başa çatıb. 2022-ci ildə o da Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Həmin ilin yayında onun “Luna” adlı lüks yaxtası Almaniyada dondurulub. Lakin 2023-cü ilin sentyabrında Avropa İttifaqı Əhmədova qarşı sanksiyaları ləğv edib.
00:30 / 15 Aprel 2026
32
00:25 / 15 Aprel 2026
116
00:04 / 15 Aprel 2026
141
00:00 / 15 Aprel 2026
42
23:48 / 14 Aprel 2026
131
23:41 / 14 Aprel 2026
55
23:39 / 14 Aprel 2026
219
23:33 / 14 Aprel 2026
97
23:29 / 14 Aprel 2026
126
23:28 / 14 Aprel 2026
42
23:26 / 14 Aprel 2026
49
23:18 / 14 Aprel 2026
54
23:10 / 14 Aprel 2026
43
23:06 / 14 Aprel 2026
228
22:53 / 14 Aprel 2026
48
22:52 / 14 Aprel 2026
55
22:52 / 14 Aprel 2026
45
22:46 / 14 Aprel 2026
153
22:33 / 14 Aprel 2026
234
22:31 / 14 Aprel 2026
152
22:28 / 14 Aprel 2026
56
22:10 / 14 Aprel 2026
54
21:56 / 14 Aprel 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.