AZAL təcili açıqlama yaydı
07 İyul 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
731
14.04.2026, 11:18
Boşanma ilə nəticələnən evliliklərdə alimentin verilməsi ən çox müzakirə və mübahisə edilən məsələlərdən biridir. Xüsusilə son dövrlərdə bəzi televiziya verilişlərində kişilərin “hüquqlar bərabərdirsə, qadın da aliment ödəməlidir” kimi fikirlərlə çıxış etməsi bu müzakirələri daha da artırıb.
Bəs qadının aliment ödəməsi hansı hallarda mümkündür?
Oxu24.com xəbər verir ki KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Süleymanovanın sözlərinə görə, 18 yaşadək azyaşlı övlad varsa, üstünlük ananın yanında saxlanılmasıdır, çünki uşağın ana qayğısına ehtiyacı var.
O bildirib ki, uşaq 7 yaşınadək mütləq şəkildə ananın yanında qalır, 7 yaşından sonra uşağın fikirləri nəzərə alınır: “10 yaşında isə uşaq kimlə qalacağını özü seçə bilir. Ananın narkoloji, psixoloji problemləri və ya əxlaqsızlıq durumları olarsa, uşaq anadan alına bilər. Əxlaqsızlıq xəyanət deyil, başqa anlayışlardır. Uşağın yanında əxlaqsız edilən hərəkətlər, uşağı təhlükədə qoyub getmələr, spirtli içki qəbulu kimi vəziyyətlərdə uşaq anadan alınıb atada qalarsa ata məhkəməyə müraciət edərək anadan aliment tələb edə bilər. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq qadınlar və kişilər bərabərhüquqludurlar. Həmçinin məhkəmə qərarlarında da hüquqlar bərabərdir. Uşaq anada qalırsa, alimenti ata verir, atada qalırsa, alimenti ana verir. Bəzi atalar düşünürlər ki, ana uşağı alırsa, aliment verməməlidir. Belə bir şey yoxdur, aliment tamamilə ödənilməlidir. Ailə Məcəlləsinin 75-ci maddəsində qeyd edilir ki, valideynlər uşağı saxlamağa borcludurlar. Burada qadın və ya kişi yox, valideyn deyə qeyd edilir. Bu səbəbdən uşağın anada və ya atada qalmasının fərqi yoxdur, kimdə qalarsa qarşı tərəf alimenti ödəməyə məcburdur. Ailə Məcəlləsinin 56-cı maddəsində də qeyd edilir ki, uşağın 10 yaşında fikri hökmən nəzərə alınır. Özü ilə bağlı qərarlara fikir bildirə bilər və bu, əhəmiyyət kəsb edir”.
09:58 / 07 İyul 2026
76
09:38 / 07 İyul 2026
229
09:34 / 07 İyul 2026
55
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
185
09:11 / 07 İyul 2026
146
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
697
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1420
23:02 / 06 İyul 2026
632
22:53 / 06 İyul 2026
126
22:41 / 06 İyul 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.