Bakıda güclü yanğın başladı
07 İyul 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3817
13.04.2026, 22:34
Azərbaycanda bir sıra şəxslər pulsuz mənzillə təmin olunur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə kimlər təmin oluna bilər və mənzil növbəsinə götürülməsi üçün müraciət hara edilməlidir?
Oxu24.com xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən mərhələlərlə və növbəlilik qaydasında mənzillə təmin edilməsi nəzərdə tutulub.
Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə 16 avqust 2021-ci il tarixinədək Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda uçota alınmış gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil təminatı həyata keçirilir.
Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə rayon (şəhər) icra hakimiyyəti orqanlarına müraciət edilməlidir.
Jalə
22:44 / 07 İyul 2026
30
22:33 / 07 İyul 2026
43
22:25 / 07 İyul 2026
42
21:41 / 07 İyul 2026
65
21:07 / 07 İyul 2026
84
20:33 / 07 İyul 2026
85
20:23 / 07 İyul 2026
86
20:01 / 07 İyul 2026
84
19:57 / 07 İyul 2026
100
19:44 / 07 İyul 2026
100
19:22 / 07 İyul 2026
94
18:58 / 07 İyul 2026
104
18:26 / 07 İyul 2026
110
18:11 / 07 İyul 2026
100
17:55 / 07 İyul 2026
122
17:55 / 07 İyul 2026
99
17:40 / 07 İyul 2026
105
17:38 / 07 İyul 2026
104
17:30 / 07 İyul 2026
113
17:22 / 07 İyul 2026
111
17:18 / 07 İyul 2026
119
17:11 / 07 İyul 2026
105
17:05 / 07 İyul 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.