6 milyon manatdan çox güzəştli kredit ayırılıb
12 Noyabr 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10594
13.04.2026, 22:08
Xəbər verdiyimiz kimi,Azərbaycanda bır sıra şəxslərə dövlət tərəfindən pulsuz avtomobil verilir.
Hansı kateqoriyadan olan şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə növbədənkənar təmin olunurlar?
Oxu24.com xəbər verir ki,Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən aşağıda qeyd olunan imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
4. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.
Yuxarıda göstərilən imtiyazlı şəxslər barəsində Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər.
Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından şəxsi kabinetinə daxil olaraq əldə edə bilər.
Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
13:00 / 12 Noyabr 2026
4
12:40 / 12 Noyabr 2026
45
12:25 / 12 Noyabr 2026
83
12:05 / 12 Noyabr 2026
88
11:55 / 12 Noyabr 2026
89
11:50 / 12 Noyabr 2026
107
11:36 / 12 Noyabr 2026
85
11:35 / 12 Noyabr 2026
95
11:34 / 12 Noyabr 2026
140
11:31 / 12 Noyabr 2026
93
11:24 / 12 Noyabr 2026
395
11:21 / 12 Noyabr 2026
90
11:19 / 12 Noyabr 2026
186
11:05 / 12 Noyabr 2026
95
11:00 / 12 Noyabr 2026
98
10:45 / 12 Noyabr 2026
112
10:39 / 12 Noyabr 2026
122
10:36 / 12 Noyabr 2026
107
10:27 / 12 Noyabr 2026
301
10:20 / 12 Noyabr 2026
109
10:18 / 12 Noyabr 2026
99
10:05 / 12 Noyabr 2026
277
09:51 / 12 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.