6 milyon manatdan çox güzəştli kredit ayırılıb
12 Noyabr 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1679
13.04.2026, 19:01
Regional kommunikasiyaların açılması istiqamətində növbəti böyük addım atılır. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalara əsasən, regionun iqtisadi və siyasi mənzərəsini dəyişəcək Beynəlxalq Sülh və Rifah Naminə Trans-marşrut (TRIPP) layihəsinin icrasına start verilir.
Bu layihə yalnız Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən strateji bir yol deyil, həm də Şərqlə Qərbi qovuşduran mühüm nəqliyyat qovşağı rolunu oynayacaq.
Artıq layihə üzrə texniki işlər sürətlənib və tikinti prosesinin yaxın aylarda — Ermənistandakı siyasi proseslərdən dərhal sonra başlanacağı gözlənilir. 43 kilometrlik bu yolun inşası həm də regiondakı gərginliyin azaldılması və dayanıqlı sülhün bərqərar olması üçün "qızıl açar" hesab edilir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını politoloq Elşad Həsənov cavablandırıb:
-“Tramp Marşrutu" əslində nəyi nəzərdə tutur və Zəngəzur dəhlizindən fərqi nədir?
-“Tramp Marşrutu" (TRIPP) mahiyyət etibarilə bizim illərdir müzakirə etdiyimiz Zəngəzur dəhlizidir. Lakin burada bir neçə önəmli fərq var. Bu marşrut ötən il Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsinin bir hissəsidir. Yəni, layihə artıq sadəcə regional istək deyil, beynəlxalq səviyyədə tanınmış bir sülh proqramıdır.
Tikinti işlərinin iyunun 17-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra başlanacağı nəzərdə tutulur. Bu, layihənin reallaşması üçün artıq konkret zaman qrafikinin olduğunu göstərir.
-Rusiya, İran və Avropa İttifaqı bu layihəyə necə reaksiya verəcək?
-Bu layihə ətrafında böyük güclərin maraqları toqquşur. Rusiya marşrutun açılmasına razıdır, lakin nəzarətin öz əlində (FSB-nin sərhəd qoşunlarında) qalmasını istəyir. 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndini əsas gətirərək bu mövqedə israr edirlər.
İran-Tehran bu yolu özünün "qırmızı xətti" elan edib və layihəyə ən sərt müqavimət göstərən tərəfdir. Hazırda ABŞ və İsrail ilə yaşanan gərginlik İranın bu məsələdəki manevr imkanlarına təsir edə bilər.
Avropa İttifaqı və Çin mərkəzi layihəni dəstəkləyir. Xüsusilə Orta Asiya ölkələri və Çin üçün bu marşrut yüklərin Avropaya daha ucuz və sürətli çatdırılması üçün misilsiz fürsətdir.
Politoloqun fikrincə, Ermənistandakı seçki nəticələri və kənar müdaxilələrin səviyyəsi layihənin gedişatında həlledici rol oynayacaq. Lakin ümumi tendensiya sülhün və iqtisadi birliyin tərəfindədir.
Çimnaz Telmanqızı
13:16 / 12 Noyabr 2026
1
13:07 / 12 Noyabr 2026
128
13:04 / 12 Noyabr 2026
43
13:00 / 12 Noyabr 2026
47
12:40 / 12 Noyabr 2026
55
12:25 / 12 Noyabr 2026
90
12:05 / 12 Noyabr 2026
93
11:55 / 12 Noyabr 2026
99
11:50 / 12 Noyabr 2026
114
11:36 / 12 Noyabr 2026
90
11:35 / 12 Noyabr 2026
99
11:34 / 12 Noyabr 2026
147
11:31 / 12 Noyabr 2026
94
11:24 / 12 Noyabr 2026
434
11:21 / 12 Noyabr 2026
92
11:19 / 12 Noyabr 2026
207
11:05 / 12 Noyabr 2026
97
11:00 / 12 Noyabr 2026
100
10:45 / 12 Noyabr 2026
116
10:39 / 12 Noyabr 2026
126
10:36 / 12 Noyabr 2026
110
10:27 / 12 Noyabr 2026
319
10:20 / 12 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.