Zahid Oruc: Süni intellekt insanı idarə etməməlidir
18 İyun 2026, 16:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
569
13.04.2026, 18:09
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb.
Oxu24.com “report.az”a istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, ona 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Ülviyyə İlyasova cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.
Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.
Yasamal rayon prokurorluğunun yaydığı məlumata görə, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Ü.İlyasova bu cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Həmçinin Yasamal Rayon Prokurorluğunun 2024-cü ilin sentyabrında yaydığı məlumata görə, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova həmin ilin aprelin 15-də üzərində "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə onu köməksiz vəziyyətdə qoyub.
Məlumatda vurğulanıb ki, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.
Səbirə Vəliyevanın Ülviyyə İlyasovanın eltisi olduğu bildirilir.
Ülviyyə İlyasovaya sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
O, 2025-ci ilin may ayında sözügedən iş üzrə məhkəmənin hökmü ilə 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilmişdi.
Ü. İlyasovaya cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Ali Məhkəmə onun barəsində hökmü ləğv edərək yenidən araşdırmaya göndərmişdi.
16:26 / 18 İyun 2026
10
16:25 / 18 İyun 2026
18
16:22 / 18 İyun 2026
25
16:16 / 18 İyun 2026
28
16:11 / 18 İyun 2026
43
16:08 / 18 İyun 2026
70
16:06 / 18 İyun 2026
188
16:04 / 18 İyun 2026
83
15:56 / 18 İyun 2026
53
15:31 / 18 İyun 2026
80
15:30 / 18 İyun 2026
70
15:23 / 18 İyun 2026
62
15:20 / 18 İyun 2026
646
15:14 / 18 İyun 2026
96
15:03 / 18 İyun 2026
74
15:01 / 18 İyun 2026
71
14:54 / 18 İyun 2026
85
14:52 / 18 İyun 2026
63
14:34 / 18 İyun 2026
1474
14:30 / 18 İyun 2026
77
13:51 / 18 İyun 2026
93
13:44 / 18 İyun 2026
79
13:42 / 18 İyun 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.