Əlillik pensiyaları ilə bağlı AÇIQLAMA
10 İyun 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
492
13.04.2026, 16:17
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin ölkələrimizin hüquq sistemləri arasında əməkdaşlığı daha dərinləşdirəcəyini qeyd edib.
Kamran Əliyev qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Prezident İlham Əliyevin ötən il Çinə iki dəfə səfər etməsi, tərəflər arasında baş tutan mütəmadi görüşlər və ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun bariz nümunəsidir.
Bunun məntiqi davamı olaraq hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub və faydalı qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Belə ki, Çin Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi konfransı və İllik İclasında iştirak etmişdir. Eyni zamanda ötən il Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çində uzunmüddətli təlimdə olub.
Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.
Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını ölkəmizə səfərə dəvət edib.
Nümayəndə heyətinin səfəri davam edir, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
11:13 / 10 İyun 2026
1
11:06 / 10 İyun 2026
92
11:01 / 10 İyun 2026
28
10:53 / 10 İyun 2026
36
10:50 / 10 İyun 2026
68
10:34 / 10 İyun 2026
69
10:32 / 10 İyun 2026
52
10:30 / 10 İyun 2026
64
10:24 / 10 İyun 2026
81
10:18 / 10 İyun 2026
59
10:16 / 10 İyun 2026
57
10:08 / 10 İyun 2026
623
10:02 / 10 İyun 2026
107
09:58 / 10 İyun 2026
103
09:45 / 10 İyun 2026
59
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
61
09:40 / 10 İyun 2026
200
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
317
00:24 / 10 İyun 2026
391
00:01 / 10 İyun 2026
228
23:52 / 09 İyun 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.