Aslan Fətullayevin nəşi Azərbaycana gətirilib
12 Noyabr 2026, 13:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
797
13.04.2026, 13:19
"Aprelin 8-i Xəzər dənizində 5.3 maqnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, blokları tərpədib. Ona görə də afterşoklar davam edəcək".
Bunu Oxu24.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, həmin zəlzələdə 500-dən çox təkan baş verib: “Bu say heç də az deyil. Güclü enerji boşalması gedib. Ona görə də bu proses hələ davam edəcək. Əhali qorxmasın, bu xırda təkanlardır. İçərisində lap güclüsü, maqnitudası 5-dən çox olan zəlzələ ola bilməz. 3-dən yuxarı ola bilər. Ona görə də əhali tərəfindən hiss oluna bilər, ancaq qorxulu heç nə yoxdur. Orada seysmiklik fon səviyyəsinə düşənədək afterşoklar davam edəcək”.
Qurban Yetirmişli zəlzələlərin baş vermə səbəbinə aydınlıq gətirib:
“Yerin daxilində hərəkətdə olan tektonik piltələr var. Bu piltələr daxilində baş verən parçalanmalar kiçik və böyük bloklara bölünür. Onların da öz hərəkətləri var. Orada gedən hərəkətlər nəticəsində tektonik blok qırılmalar piltələri parçalayaraq aralayıb. Bunların həm horizontal, həm də vertikal hərəkətləri var. Sıxılma gedir, gərginlik toplanır, güclü parçalanma baş verir. Biz ona zəlzələ ocağı deyirik. Parametrləri müəyyən edirik. Orda enerji ayrılması gedir. Digər tərəfdən də layların genişlənməsi baş verir. O parçalanma nəticəsində laylar dəstəsi düşür. Dalğa formasında bütün mühitə yayılır. Bu tərpənmə nəticəsində xırda parçalanmalar əmələ gəlir. Nəticədə afterşoklar hesabına enerji boşalması gedir”.
13:21 / 12 Noyabr 2026
1
13:20 / 12 Noyabr 2026
16
13:18 / 12 Noyabr 2026
11
13:16 / 12 Noyabr 2026
36
13:07 / 12 Noyabr 2026
147
13:04 / 12 Noyabr 2026
45
13:00 / 12 Noyabr 2026
48
12:40 / 12 Noyabr 2026
55
12:25 / 12 Noyabr 2026
92
12:05 / 12 Noyabr 2026
94
11:55 / 12 Noyabr 2026
99
11:50 / 12 Noyabr 2026
115
11:36 / 12 Noyabr 2026
90
11:35 / 12 Noyabr 2026
100
11:34 / 12 Noyabr 2026
149
11:31 / 12 Noyabr 2026
95
11:24 / 12 Noyabr 2026
436
11:21 / 12 Noyabr 2026
93
11:19 / 12 Noyabr 2026
211
11:05 / 12 Noyabr 2026
97
11:00 / 12 Noyabr 2026
103
10:45 / 12 Noyabr 2026
116
10:39 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.