Bu ay pensiya gözləyənlərə RƏSMİ XƏBƏR
12 Noyabr 2026, 13:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
803
13.04.2026, 12:04
Çox vaxt başqalarını incitməmək, "yaxşı insan" obrazımızı qorumaq üçün istəmədiyimiz işlərə "hə" deyirik. Bəs bu fədakarlığın sonunda özümüzü itirdiyimizin fərqindəyikmi?
Cəmiyyətdə ən çox rast gəlinən psixoloji problemlərdən biri də insanların "yox" deməyi bacarmamasıdır. Bir çoxları bunu nəzakət və ya xeyirxahlıq kimi qələmə versə də, mütəxəssislər bunun arxasında daha dərin və sarsıdıcı səbəblərin dayandığını bildirirlər.
Mövzu ilə psixoloq Gülnar Orucova Oxu24.com-a açıqlaması zamanı mühüm məqamlara toxunub. Psixoloqun sözlərinə görə, "yox" deyə bilməməyin kökündə ilk növbədə rədd edilmə qorxusu dayanır:
“İnsan düşünür ki, əgər rədd cavabı versə, qarşı tərəf onu artıq sevməyəcək, dostu olmayacaq. Bizə uşaqlıqdan yalnız “yaxşılıq etməyi”, “hər kəsə lazım olmağı” öyrədirlər. Bu “yaxşı insan olmaq” hissi zamanla şəxsi sərhədlərimizi itirməyimizə səbəb olur. Hətta bəzən özümüzdən pay veririk, qarşı tərəfin nankorluq edə biləcəyini bilsək belə, günahkarlıq hissinə görə rədd edə bilmirik”.
"Sərhədləri olmayan insan hörmət qazana bilməz".
Gülnar Orucova qeyd edir ki, hər kəs evinin ətrafına hasar çəkdiyi halda, münasibətlərində eyni sərhədi qoruya bilmir:
“ “Yox” demək eqoistlik deyil, özünə dəyər vermək və sərhədlərini bəlli etməkdir. Özünə güvənən və hörmət edən insan yeri gələndə ən yaxınlarına belə “yox” deməyi bacarır. Qoy sizdən incisinlər, hətta sizi həyatlarından çıxarsınlar. Unutmayın ki, sərhədi olan insana hər zaman daha çox hörmət bəslənilir”.
Aqressiyadan necə qaçmalı?
Psixoloq vurğulayır ki, imtina edərkən kobudluğa yol vermək lazım deyil. Xüsusən borc pul istənildiyi zaman "yoxdur" kəlməsini işlətməkdən çəkinmək lazımdır:
* Birbaşa "yox, etmirəm" deməyin. Bu, qarşı tərəfdə aqressiya yarada bilər.
* Alternativ ifadələr seçin: “Bu dəfə məndə alınmayacaq”, “Üzrlü say, hazırda imkanım yoxdur”, “Öz xərclərim olduğu üçün bu dəfə kömək edə bilməyəcəm”.
* Enerjinizi qoruyun: "Yoxumdur" demək yerinə, "planlarım və xərclərim var" demək həm psixoloji, həm də energetik baxımdan daha doğrudur.
Psixoloqun qənaətinə görə, hamını razı salmağa çalışmaq özünü itirməkdir. Özünüzü sevin və şəxsi sərhədlərinizi qorumağı öyrənin!
Çimnaz Telmanqızı
13:36 / 12 Noyabr 2026
1
13:29 / 12 Noyabr 2026
34
13:21 / 12 Noyabr 2026
52
13:20 / 12 Noyabr 2026
47
13:18 / 12 Noyabr 2026
162
13:16 / 12 Noyabr 2026
77
13:07 / 12 Noyabr 2026
212
13:04 / 12 Noyabr 2026
61
13:00 / 12 Noyabr 2026
62
12:40 / 12 Noyabr 2026
63
12:25 / 12 Noyabr 2026
98
12:05 / 12 Noyabr 2026
97
11:55 / 12 Noyabr 2026
102
11:50 / 12 Noyabr 2026
118
11:36 / 12 Noyabr 2026
93
11:35 / 12 Noyabr 2026
102
11:34 / 12 Noyabr 2026
153
11:31 / 12 Noyabr 2026
98
11:24 / 12 Noyabr 2026
483
11:21 / 12 Noyabr 2026
94
11:19 / 12 Noyabr 2026
220
11:05 / 12 Noyabr 2026
99
11:00 / 12 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.