İsmayıllıda 6 otaqlı ev yandı
26 Mart 2026, 01:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
184
25.03.2026, 22:35
Ağır yol-nəqliyyat hadisəsi ailə faciəsinə səbəb olub. Hadisə nəticəsində iki qardaş həyatını itirib, qardaşlardan birinin oğlu və gəlini isə xəsarət alıblar.
Oxu24.com xəbər verir ki, kənd sakini Baku TV-yə müsahibəsində sözlərinə görə, qəzanın gecə saat üç radələrində baş verdiyini bildirib.
“Nəsrəddin Ağayev ağır xəstə idi, şəkər xəstəliyindən əziyyət çəkirdi və komaya yaxın vəziyyətdə olub. Onu xəstəxanaya çatdırmaq istəyərkən Tərtər rayonunun Qaradağlı kəndi yaxınlığındakı döngədə idarəetməni itiriblər. Nəsrəddin Ağayev yaxşı usta, sənətkar idi. Xəsarət alanlar onun oğlu Sənan Ağayev və gəlini Könül Aslanovadır. Hazırda onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birində müalicə alırlar. Bu, kəndimiz üçün böyük faciədir”.
Qeyd edək ki, qəza nəticəsində Goranboy rayonunun Əlirzalı kənd sakinləri – 68 yaşlı Nəsrəddin Ağayev və 55 yaşlı Yunus Ağayev həyatını itiriblər.
Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun
01:29 / 26 Mart 2026
16
00:59 / 26 Mart 2026
40
00:27 / 26 Mart 2026
60
00:12 / 26 Mart 2026
67
23:38 / 25 Mart 2026
236
23:35 / 25 Mart 2026
77
23:34 / 25 Mart 2026
71
23:30 / 25 Mart 2026
178
23:18 / 25 Mart 2026
84
23:06 / 25 Mart 2026
176
23:05 / 25 Mart 2026
82
22:59 / 25 Mart 2026
101
22:57 / 25 Mart 2026
223
22:40 / 25 Mart 2026
1127
22:24 / 25 Mart 2026
149
22:13 / 25 Mart 2026
87
22:07 / 25 Mart 2026
106
22:01 / 25 Mart 2026
89
21:56 / 25 Mart 2026
110
21:38 / 25 Mart 2026
1629
21:37 / 25 Mart 2026
121
21:27 / 25 Mart 2026
694
21:23 / 25 Mart 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.