Qaynar xətt:

(+99450) 247 90 86

Tonqalda baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb

Tonqalda baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb

CƏMİYYƏT

97

22.03.2026, 22:43

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Oxu24.com  report-a istinadən xəbər verir ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.

Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Xəsarət alanlar 2004-2018-ci il təvəllüdlü şəxslərdir:

2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,

2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,

2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,

2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,

2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,

2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,

2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,

2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,

2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,

2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,

2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı xəsarət alıb.

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Sumqayıt şəhərində Novruz tonqalına normadan artıq yandırıcı maddənin tökülməsi partlayışa səbəb olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.