Bakının bu hissəsində körpü tikilir
13 Noyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
13283
12.03.2026, 08:14
“Martın 9-da 11 illik orta təhsil səviyyəsi üçün buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir çox şagird və valideyn narazılıq bildirib. Onların sözlərinə görə, suallar həddindən artıq çətin olub və bəzi tapşırıqlar məktəbdə keçilən mövzulara uyğun gəlməyib. Bir qrup valideyn isə iddia edir ki, imtahanda yer alan bəzi suallar Türkiyə və Gürcüstanın tədris proqramına uyğun hazırlanıb”.
Oxu24.com xəbər verir ki, bu açıqlama ilə dosent İlham Əhmədov çıxış edib.
O, bildirib ki, bu il daha çox narazılıq var. Eyni problemlər hər il təkrarlanır, hər dəfə də eyni problemlərdir:
“Burada əsas məsələ sualların asan ya çətin, proqrama uyğun ya proqramdan kənar olması deyil. Məncə bu durum, daha ciddidir, bu ölkədə təhsil siyasətinin mükəmməl olmaması ilə əlaqədardır.
İmtahan sualları ilə əlaqədar detalları fənn müəllimləri izah edə bilər, amma indi bu prinsipial deyil. ETN və DİM sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən daha çox ETN-i günahkar görürəm. Dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləvilşib v.s.
Məktəb öz funksionallığını itirib. Son 13 ildə qeyri peşəkar insanların təhsil sisteminə rəhbərliyi təhsili böhran halına gətirib. Hesab edirəm ki, DİM daha mütəşəkkil və peşəkar kadrlardan ibarətdir”.
İlham Əhmədov qeyd edib ki, təhsildə ciddi islahatlar olmalıdır:
“Təhsildə 1 il islahatın səhv aparılması, təhsili 5 il, ölkəni 10 il geri atır. Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə ETN təhsil ictimaiyyətini eşitmək istəmir. Intellektual müzakirədən qaçır. ETN belə səriştəsiz və özündən çox razı fəaliyyəti gənclərimizə, ölkənin gələcəyinə problemlər yaradacaq”. (Mənbə: “Yeni Sabah”)
11:55 / 13 Noyabr 2026
12
11:45 / 13 Noyabr 2026
22
11:40 / 13 Noyabr 2026
42
11:21 / 13 Noyabr 2026
151
11:15 / 13 Noyabr 2026
61
11:12 / 13 Noyabr 2026
70
11:00 / 13 Noyabr 2026
65
10:50 / 13 Noyabr 2026
65
10:45 / 13 Noyabr 2026
67
10:39 / 13 Noyabr 2026
76
10:25 / 13 Noyabr 2026
92
10:22 / 13 Noyabr 2026
107
10:20 / 13 Noyabr 2026
80
10:08 / 13 Noyabr 2026
347
10:02 / 13 Noyabr 2026
85
09:51 / 13 Noyabr 2026
159
09:46 / 13 Noyabr 2026
1106
09:44 / 13 Noyabr 2026
142
09:38 / 13 Noyabr 2026
112
09:34 / 13 Noyabr 2026
160
09:33 / 13 Noyabr 2026
91
09:31 / 13 Noyabr 2026
104
01:52 / 13 Noyabr 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.