Qaynar xətt:

(+99450) 247 90 86

Ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

news/2025_09_19/1740559535_xestexanasa_1758284018.jpg

CƏMİYYƏT

72

12.02.2026, 18:03

Sabirabad rayonunun Sarxanbəyli kəndində bir ailənin dörd üzvü zəhərlənib.

Oxu24.com xəbər verir ki, Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi

Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun vəziyyəti pisləşdiyi üçün yenidən

xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.(unikal)