Qaynar xətt:

(+99450) 247 90 86

Mahmud Abbasın 21 illik liderliyi: Erməniləri qardaş,bizi düşmən gözündə gördülər...

news/2026_01_15/d5283c6a_080f_42ef_a6e2_1d95311ea09f_1768481947.jpg

CƏMİYYƏT

460

15.01.2026, 16:54

Bu gün  Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin (FƏTH) sədri Mahmud Abbasın Fələstin Dövlətinin Prezidenti olmasından 21 il ötür.

 Oxu24.com xəbər verir ki,  Yasir Ərəfatın ölümündən sonra Fələstin dövlət başçısı seçilən Mahmud Abbas 15 yanvar 2005-ci ildə and içərək vəzifəsinin icrasına başlayıb. 

Bəs, bu müsəlman dövləti ilə Azərbaycan arasında dindən başqa hansı bağlar var?

 Fələstinin Azərbaycana qarşı korluğu: İnsani rəftara tüpürməsi

Baxmayaraq ki, G7 ölkələrinin heç biri - hətta hazırda 40-dan çox ölkə Fələstini müstəqil dövlət hesab etmir və bunların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, Kanada, Avstraliya, Hollandiya, İtaliya, Cənubi Koreya kimi ölkələr var. Amma Azərbaycan  15 aprel 1992-ci ildə  Fələstini dövlət kimi tanıyıb. Bir il sonra isə ölkəmizlə Fələstin arasında diplomatik münasibətlər qurulub.

 Azərbaycan Prezidenti İlham Əliyev fələstinlilərin mənafeyini ən böyük tribunalarda müdafiə edib. Birinci vitse-prezident Mehriban Əliyeva “Fələstin üçün tək ürək” kampaniyasında ön sırada yer alaraq əlindən gələni əsirgəməyib.

 2011-ci ildə Fələstinin müstəqilliyinin tanınmasının sentyabr ayında BMT-də səsverməyə çıxarılarkən  Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Abbasla görüşdə səsvermədə birmənalı olaraq Fələstinin müstəqlliyinə səs verəcəyini bildirdi. Əliyevin Fələstini birmənalı dəstəyinin qarşılığında Fələstin prezidenti də “Azərbaycan torpaqlarının işğalını qəbul etmirik” və ya “Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” kimi ifadələr əvəzinə  “arzu edirik ki, sülh Dağlıq Qarabağda bərqərar olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşasınlar” kimi mənasız cümlələrlə bizi “yola verdi”.

 Həmin vaxt Ermənistan prezidenti Serj Sərkisyan Fələstinin müstəqilliyini dəstəkləmək kimi bir qlobal mövzuda “ağzına su alan tərəf” oldu.

Ermənistanın Fələstinə etinasızlığı : "Məcnun" Fələstin

 Ermənistan sə 2024-cü ildə  Fələstini müstəqil dövlət kimi tanıdı. Yəni Azərbaycandan  tam  32 il  sonra .

Amma Mahmud Abbas Fələstin lideri olduqdan dərhal sonra ermənilərə olan sevgi hisslərini gizlətmədi. Bu gün sizə bu sevginin ən  vacib detallarından bir neçəsini tanıdacağıq.

 Əvvəlcə onu qeyd edək ki, 1990-cı illərdə Yasir Ərəfat Azərbaycan torpaqları işğal olunanda erməni katalikosunun alnından öpmüşdü. Bu katalikos, Yerusəlimdəki erməni kilsəsinin rəhbəri idi və o torpaqların işğalını azadlıq kimi təqdim edib ona “xeyir -dua” verən rəhbəri idi. Bu görüntülər arxivlətdə qalır. 

Elə 44 günlük Vətən müharibəsi zamanı da fələstinlilərin  ermənilərin  dəstəkçisi olduğuna şübhəmiz yox idi. Paytaxt  Ramallahının hər küçəsində Ermənistan üçün  xeyriyyə qutuları düzülmüşdü. Ərəblər əllərinə keçən pulu  Ermənistana kömək məqsədi ilə həmin qutulara atırdı. Yığılan pullar hesabına isə erməni lobbisinin əli ilə Ermənistana  silah daşınırdı. Həmin günlərdə Erməni katalikosu ilə görüşüb, öpüşüb, dünyadakı bütün erməniləri dəstək verən də Mahmud Abbas idi.

 2024-cü ildə Ermənistan Fələstinin müstəqilliyini tanıyandan sonra Fələstin Muxtariyyəti daha dəqiq Mahmud Abbas növbəti bir addımı ilə erməni sevgisini ortaya qoyub. Beləki, yeni kabinetin formalaşdığını açıqlandıqdan sonra məlum olub ki, kabinetdə erməni nazir Varsen Ağabekyan da təmsil olunur. Maraqlı məsələ isə o idi ki,  bir müsəlman ölkəsində xristian qadının XİN başçısı seçilməsi ilk  dəfə idi və bunu Fələstin bacardı. 

Bu "məcnunluq" dərəcəsinə çatmış , qarşılıqsız  ərəb sevgisinin təzahürü  idi: Səni sevəcəyəm sən sevməsəndə- misalı...

Fələstinin  "erməni soyqırımı" dərdi

Bundan başqa bu həmin Mahmud Abbasdır ki, “mən fəxr və qürurla bəyan etmək istəyirəm ki, biz BMT-də ermənilərə bu haqq işlərində ilk dəstək verən tək dövlət olduq və bu dəstək qarşılıqlı şəkildə davam edir:” Çünki erməni xalqı da bir çox zülmə və qırğına məruz qalmış bir xalqdır. Xüsusən də Osmanlı dövləti tərəfindən...”

Daha sonra Fələstin lideri bir çıxışında  “Fələstin hər zaman erməni xalqının yanında olmağa davam edəcəkdir. Mən öz adımdan, öz xalqımın adından Ermənistan xalqına və dövlətinə təşəkkürümü bildirmək istəyirəm ki, bizi hər vəziyyətdə dəstəkləyib kömək oldular. Eyni zamanda demək istəyirəm ki, burada və bütün dünyada yaşayan ermənilər qardaşlarımızdır. Onlar bizim bir hissəmizdilər”.

2015-ci ildə Fələstində qondarma  erməni soyqırımının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Yeri gəlmişkən, bildirək ki, Fələstində küçələrdən birinə "Ermənistan" adı verilib. Ramallahıda "erməni soyqırımı" küçəsi və muzeyi, hətta erməni "qəhrəmanları"nın adlarına küçələr də var.

Fələsinin  türk toplumuna nifrəti: terrorçular...

 Fələstin liderinin 2023-cü il  iyunun 13-də Çinə səfəri isə türk toplumuna nifrətini ortaya qoydu. Fələstinin erməni iyi verən lideri Mahmud Abbas Çində səfərdə olarkən Çin liderinin ayaqqablarını yalayaraq neçə illərdi Çin dövlətinin soyqırım etdiyi uyğur türklərini "terrorçu" adlandırdı:“Bəzilərinin gündəmə gətirdiyi uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Fələstin həmişə Çinə inanıb”.

 Bu məsələyə MHP sədri Dövlət Bağçalı da eyinasız qalmadı. O, Fələstin lideri Mahmud Abbasın Çinə ziyarəti zamanı uyğur türklərinə qarşı dediyi sözlərə cavab verdi:“Mahmud Abbas, Milliyyətçi Hərəkat Partiyasının qrup toplantısından şəxsən sizə səslənirəm. Uyğur türklərini terrorçu adlandırmaq haqsızlıqdır, küfrdür, günahdır, cinayətdir, rüsvayçılıqdır, türk millətinə qarşı hörmətsizlikdir. - o bildirdi.

Dövlət Bağçalı əlavə etdi ki, Türkiyə hər zaman və şərtsiz olaraq Fələstin xalqının mübarizəsini dəstəkləyib, lakin Mahmud Abbasın bu sözləri qəbuledilməzdir.

Türkiyənin neçə illik qoruduğu "din qardaşları" beləcə şərəfsiz çıxdı.

  2023-cü ilin fevralında Türkiyə ərazisində dəhşətli bir zəlzələ oldu. Türkiyənin günahsız 60 minə yaxın əhalisi həlak oldu. 120mindən çox əhali isə xəsarət aldı. Həmin o kədərli günlərdə Fələstin daxil heç bir ərəb- müsəlman ölkəsi nəinki  3 günlük matəm elan etdi,  Türkiyəyə mənəvi dəstək məqsədi ilə heç bir saatlıq da bayraqlarını endirmədilər.

 Əntiqə Rəşid