Qaynar xətt:

(+99450) 247 90 86

Kəklikotunun faydaları 

news/2026_01_12/1543903_1768231526.jpg

CƏMİYYƏT

119

12.01.2026, 19:20

Təbii şəfa mənbəyi sayılan kəklikotu sağlamlıq üçün bir sıra faydalara malikdir. Bu bitki xüsusilə immun sistemini gücləndirməsi ilə tanınır.

Oxu24.com  xəbər verir ki, kəklikotu çayı soyuqdəymə, öskürək və boğaz ağrılarının yüngülləşdirilməsinə kömək edir. Antibakterial təsiri sayəsində infeksiyalara qarşı orqanizmin müqavimətini artırır. Həzm sistemini tənzimləyən kəklikotu köp və mədə narahatlıqlarının azalmasında da faydalıdır.

Eyni zamanda sakitləşdirici təsiri ilə stress və yorğunluğun azalmasına dəstək olur.