Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada minik avtomobili aşıb, ölən var

2025/01/30/1738188154_qezaaaa.jpg

CƏMİYYƏT

144

10.01.2026, 20:21

Zaqatalada minik avtomobili aşıb, ölən var.

Oxu24.com  APA-ya istinadla xəbər verir ki, hadisə axşam saat 19 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qaxdan Zaqatala şəhəri istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Bərdə rayon sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna daxil olan an ölüb.

Faktla bağlı araşdırma aparılır.