Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
11 Yanvar 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
171
09.01.2026, 21:59
Son illər mobil telefonlara maraq sürətlə artıb və bu maraq artıq asılılıq səviyyəsinə çatıb.
Oxu24.com xəbər verir ki, insanlar yemək yeyərkən, avtomobil idarə edərkən, avtobusda, metroda, işdə, istirahətdə, hətta ailə üzvləri ilə bir masa arxasında əyləşəndə belə telefonlardan ayrılmırlar.
Cəmiyyətin bütün təbəqələrində müşahidə olunan bu hal xüsusilə gənclər arasında daha qabarıq hiss olunur. Sosial şəbəkələr, qısa videolar, mesajlaşma tətbiqləri insanların vaxtını səssizcə alır. Bir çox hallarda real ünsiyyət arxa plana keçir, üz-üzə söhbət yerini ekran qarşısında susqunluğa verir.
Mütəxəssislərin fikrincə, telefon asılılığı insan psixologiyasına ciddi təsir göstərir. Diqqət dağınıqlığı, əsəbilik, yuxu rejiminin pozulması və sosial münasibətlərin zəifləməsi bu asılılığın əsas fəsadları sırasında yer alır. Xüsusilə yemək zamanı telefonla məşğul olmaq həm sağlamlığa, həm də ailə münasibətlərinə mənfi təsir göstərir.
Həmçinin oxuyun
Nəqliyyatda telefona baxaraq hərəkət edən sürücülər və piyadalar isə təhlükəsizlik baxımından risk yaradır. Yol qəzalarının bir hissəsi məhz diqqətin telefona yönəlməsi səbəbindən baş verir. Buna baxmayaraq, bir çox insanlar bu təhlükəni gözardı edir.
Mütəxəssislər tövsiyə edir ki, gündəlik həyatın müəyyən saatlarında telefondan istifadə məhdudlaşdırılsın, ailə və dostlarla canlı ünsiyyətə üstünlük verilsin. Əks halda, telefon həyatın ayrılmaz hissəsi yox, insanın həyatını idarə edən əsas vasitəyə çevrilə bilər.Doğru.az
20:15 / 11 Yanvar 2026
14
19:54 / 11 Yanvar 2026
33
19:28 / 11 Yanvar 2026
46
19:19 / 11 Yanvar 2026
52
19:05 / 11 Yanvar 2026
43
18:55 / 11 Yanvar 2026
64
18:42 / 11 Yanvar 2026
71
18:32 / 11 Yanvar 2026
67
18:13 / 11 Yanvar 2026
900
18:09 / 11 Yanvar 2026
131
17:56 / 11 Yanvar 2026
291
17:54 / 11 Yanvar 2026
412
17:52 / 11 Yanvar 2026
91
17:38 / 11 Yanvar 2026
2305
17:29 / 11 Yanvar 2026
90
17:10 / 11 Yanvar 2026
112
16:59 / 11 Yanvar 2026
178
15:01 / 11 Yanvar 2026
86
14:55 / 11 Yanvar 2026
102
14:53 / 11 Yanvar 2026
155
14:37 / 11 Yanvar 2026
227
14:18 / 11 Yanvar 2026
1282
12:48 / 11 Yanvar 2026
106
12:44 / 11 Yanvar 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.