Bu yollarda TIXAC var
04 Fevral 2026, 18:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
510
25.12.2025, 12:45
Türkçülüyün qısa tarixi-Türkçülük o zamanda keçmiş Çar Rusiyasında və Osmanlı imperiyasında yaranmış bir idealogiya olmuşdur. Bu dövrün əsas Türkçüləri Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp, İsmayıl Qaspıralı kimi və daha saymadığım dahiləri əhatə etmişdir. Məlum olduğu kimi o dövrdə Türk dünyasının böyük bir hissəsi işğal altında idi. Çar Rusiyası bu işğala rəhbərlik edirdi. Və Fransada baş verən məşhur burjua inqilabı nəticəsində millətçilik tamam fərqli formalarda və qollarda yayılıb, inkişaf etməyə başladı.
Lakin, bilməliyik ki, Türkçülük əsasən qərb dəyərlərinin təsiri altında əsasən də dövlətçiliyə olan baxışın nəticəsidir ki, milli cümhuriyyətçilik fikri olduqca populyar idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və 1923-cü ildə isə Türkiyə Cümhuriyyətinin qurulması əslində o dövrün ideoloji məsələlərini ifadə edirdi. Ziyalılarımız millidövlətçilik, demokratiya kimi ideyalarla əsasən keçən əsrdə hökm sürən və geniş yayılmış ideoloji tələbat kimi çıxış edirdilər.
Azərbaycanda milli intibahın ilk dövrü XIX əsrin ikinci yarısı və 1937-ci ilədək davam etmişdi. Həmin dövrdə milli intibahımızın zirvəsi hesab etdim Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə ədəbiyyatda, Həsən bəy Zərdabi milli mətbuatda intibahımızın bir neçə sayrışan ulduzu idilər. Əlbəttə ki, rus imperiyalizmi üçün böyük təhdit idilər. Türkiyədə isə Nihal Atsız, Alparslan Türkeş böyük bir Türkçü ideoloqlardan bir neçəsi idilər.
Dil və ədəbiyyat-AMEA-nı yaradılmasından 80 illik yubiley münasibəti ilə çıxış edən cənab prezidentimiz İlham Əliyev dilimizin qorunması, inkişaf etdirilməsi haqqında etdiyi çıxış ümumilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı həssaslığı və hər ikisinin xidmətləri bizə böyük məsələni agah edir. Dil əsas milli kimliyimizdən biridir. Uzun müddət dilimiz və kimliyimiz haqqında bir çox fikirlər irəli sürülür. Əvvəla bunu bilməliyik ki, milli mənsubiyyətimizi Azərbaycanlı kimi qeyd edilməsi olduqca vacib addım idi.
Azər və Azərbaycan adı hörmətli türkoloqumuz Fridun Ağasıoğlu Cəlilovun qeyd etdiyi kimi Az-ər-bay-can kimi yanaşmağımız lazımdır. Az anlayışı Orxun-Yenisey abidələrinin Bilgə Xaqan adına ucaldılan daşında Bilgə Xaqanın cəsus Az tayfasının bir cəsusu olduğu qeyd olunur. Ər-Ərən, igid, qoçaq, qorxmaz, bay-varlı, zəngin, can-əzizləmə, doğmalıq kimi mənaları özündə əks edir. Göründüyü kimi bu anlayış da qədim Türk dillərindəki mənalarda işlədilir.
Həmçinin oxuyun
Azərbaycan milləti öz əlifbası olan və qədim Türk əlifbası sırasında hətta Orxun və Yenisey abidələrindən qədim olan Zəngəzur mahalının Nüvədi kəndindəki abidələrindəki yazılar çox şey söyləyir. Bu yazı Azərbaycanın tarixi ərazisində yerləşmiş Parfiya dövlətinin ilk sikkələrində Ərsak adına kəsilən sikkədə qədim Türk əlifbası ilə kaan yəni xan sözü yazılıb. Bu iki fakt da bizim köklü əlifbamızın Türk damğalı yazısı olduğunu və gələcəkdə Turan Birliyində bu yazıya keçilməsi daha məqsədə uyğun olmasını hesab edirəm.
Müəllif: Ceyhun Ərmən Vedili
18:47 / 04 Fevral 2026
13
18:36 / 04 Fevral 2026
31
18:28 / 04 Fevral 2026
53
18:21 / 04 Fevral 2026
45
18:12 / 04 Fevral 2026
43
18:03 / 04 Fevral 2026
224
18:01 / 04 Fevral 2026
35
17:50 / 04 Fevral 2026
57
17:40 / 04 Fevral 2026
1240
17:35 / 04 Fevral 2026
134
17:30 / 04 Fevral 2026
86
17:24 / 04 Fevral 2026
278
17:14 / 04 Fevral 2026
128
17:13 / 04 Fevral 2026
54
17:04 / 04 Fevral 2026
96
16:46 / 04 Fevral 2026
78
16:24 / 04 Fevral 2026
94
16:11 / 04 Fevral 2026
110
16:04 / 04 Fevral 2026
1572
15:54 / 04 Fevral 2026
107
15:49 / 04 Fevral 2026
361
15:39 / 04 Fevral 2026
156
15:33 / 04 Fevral 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.