Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib
15 Noyabr 2026, 14:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1489
15.12.2025, 08:31
Məşhur polkovnik Şair Ramaldanova ağır itki üz verib. Onun yaxınları ağır qəzaya düşüb, polkovnikin iki yaxını həyatını itirib.
Bu haqda polkovnik Üzeyir Cəfərov məlumat verib.
“Ramaldanovlar ailəsi kimi tanıdığınız və mənim döyüş komandirim olmuş Şair Ramaldanovun ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanmışdır. Ramaldanov qardaşlarından biri olan hörmətli polkovnik İlham Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. Və nə qədər ağır olsa da bunu sizə bildirməliyəm ki, ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.
Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alaıblar.
Komandirdən aldığım məlumata əsasən mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək.
Bu qeydlərimi sizin diqqətinizə ona görə çatdırmağı özümə borc bilirəm ki, əziz komandirimiz Şair Ramaldanov və Silahlı Qüvvələrin tanınmış və hörmətli zabitlərindən biri olan polkovnik İlham Ramaldanovu bu ağır dəqiqələrdə tək buraxmayaq və onların dərdinə şərik olaq.
Allahdan Ramaldanovlar ailəsinə səbr, dözüm diləyirəm və faciəvi şəkildə dünyasını dəyişmiş əzizlərinə rəhmət diləyirəm”.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.