Sabah Azərbaycanda hava necə olacaq?
18 May 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3009
12.12.2025, 14:18
Xəbər verdiyimiz kimi,ötən gün Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.
Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.
Bu,hadisə qəzalı vəziyyətdə olan tikililəri yenidən gündəmə gətirib.
Çünki,sözügedən ərazilər şəhərin əsas mərkəz hissəsi sayılır.Burada əhalinin və turistlərin sayı da xeylidir.Bu isə əlavə problem deməkdir.
Baş verə biləcək qəza xəsarət alanların sayı baxımından çox ola bilər.
Oxu24.com-un əldə etdiyi məlumata görə,sözügedən hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyətində iclas keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icra başçılarına xüsusi tapşırıq verib.
Rəhbər şəxslərə qəzalı vəziyyətdə olan eyvanların siyahısının tərtib olunması tapşırılıb.
Artıq işlər başlayıb.Qəzalı vəziyyətdə olan eyvanların ünvanları dəqiqləşdirilir.
Sözügedən tikililərin təmir olunacağı gözlənilir.
Hazırladı: Miri Məcidli
14:09 / 18 May 2026
13
13:59 / 18 May 2026
32
13:49 / 18 May 2026
42
13:40 / 18 May 2026
45
12:59 / 18 May 2026
76
12:59 / 18 May 2026
72
12:46 / 18 May 2026
76
12:39 / 18 May 2026
61
12:34 / 18 May 2026
115
12:26 / 18 May 2026
71
12:21 / 18 May 2026
76
12:04 / 18 May 2026
87
11:55 / 18 May 2026
78
11:51 / 18 May 2026
79
11:48 / 18 May 2026
75
11:48 / 18 May 2026
87
11:45 / 18 May 2026
84
11:37 / 18 May 2026
74
11:32 / 18 May 2026
89
11:24 / 18 May 2026
60
11:22 / 18 May 2026
82
11:20 / 18 May 2026
72
11:07 / 18 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.