Benzinlə bağlı SON DƏQİQƏ - QİYMƏT...
18 May 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1144
12.12.2025, 01:13
Azərbaycanda xüsusi karantin rejiminin 2026-cı il yanvarın 1-dək uzadılması səbəbindən quru sərhədləri hələ də bağlı qalır. Üstəlik, 8 avqustda Ermənistanla imzalanan sülh bəyannaməsi regionda təhlükəsizliyi və sabitliyi daha da gücləndirib. Bəs bütün bu dəyişikliklər fonunda yeni ildən etibarən quru sərhədləri açıla bilər?
Milli Məclisin deputatı Cavanşir Paşazadə Metbuat.az-a açıqlamasında quru yolu ilə gediş-gəlişi bağlı saxlayan amillərdən danışıb:
“İllərdir quru sərhədlərimiz bağlıdır və təbii ki, 44 günlük müharibədən sonra da bu günə qədər vəziyyət dəyişməyib. Bölgədə sabitliyin tam olmaması, Ermənistan və Azərbaycan arasında sülhün hələ də tam şəkildə bərpa olunmaması, eləcə də Zəngəzur yolunun açılmaması bu məsələyə təsir göstərən əsas amillərdir. Təbii ki, insanlarımızın daha rahat hərəkət edə bilməsi vacibdir. Qonşu ölkələrdə, xüsusən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişi, onların qohumluq münasibətləri, həmçinin digər ölkələrlə əlaqələrimiz və turizm axını iqtisadiyyatımıza da müsbət təsir göstərir. İnsanların sərbəst gediş-gəlişi həm iqtisadiyyatın güclənməsinə, həm də sosial əlaqələrin genişlənməsinə səbəb olur”.
C.Paşazadənin sözlərinə görə, quru sərhədləri gələn ildən açıla bilər:
“Mən hesab edirəm ki, növbəti ildən bu istiqamətdə irəliləyiş olacaq, regionda sabitlik yaranacaq və insanlarımız sərbəst şəkildə gediş-gəlişi həyata keçirə biləcəklər. Əminəm ki, 2026-cı il bizim üçün uğurlu olacaq, həm Zəngəzur yolunun açılması, həm bölgədə logistikanın inkişafı, həm də quru yollarının açılması həyata keçiriləcək. Mən də bunu arzulayıram. Ermənistanda seçkilər başa çatdıqdan və sülh müqaviləsi tam şəkildə icra olunduqdan, digər siyasi məsələlər dövlətimizin müəyyən etdiyi çərçivədə həll edildikdən sonra quru sərhədlərimizin tam açılması mümkün olacaq”.
15:18 / 18 May 2026
7
15:09 / 18 May 2026
14
14:59 / 18 May 2026
37
14:50 / 18 May 2026
50
14:42 / 18 May 2026
62
14:37 / 18 May 2026
57
14:31 / 18 May 2026
61
14:21 / 18 May 2026
59
14:09 / 18 May 2026
80
13:59 / 18 May 2026
73
13:49 / 18 May 2026
70
13:40 / 18 May 2026
66
12:59 / 18 May 2026
98
12:59 / 18 May 2026
90
12:46 / 18 May 2026
101
12:39 / 18 May 2026
77
12:34 / 18 May 2026
163
12:26 / 18 May 2026
78
12:21 / 18 May 2026
88
12:04 / 18 May 2026
98
11:55 / 18 May 2026
84
11:51 / 18 May 2026
91
11:48 / 18 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.