Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək
18 May 2026, 17:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
660
11.12.2025, 20:21
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.
Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.
Sonra Sümük iliyi nəqli mərkəzinin açılışı olub.
Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.
Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferes bölməsində aparılır.
Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digər komponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonunun əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin təhlükəsizliyi üçün "işınlama" və filtrləmə prosedurları mütəmadi olaraq tətbiq edilir.
Qeyd edək ki, Sümük iliyi nəqli mərkəzi Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi haqqında Qərara əsasən verilən lisenziya əsasında açılıb.
Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin özündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək, yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan yaradıcılığını bərpa etməkdir.
17:25 / 18 May 2026
1
17:11 / 18 May 2026
48
17:05 / 18 May 2026
30
17:03 / 18 May 2026
192
17:01 / 18 May 2026
29
16:55 / 18 May 2026
37
16:52 / 18 May 2026
76
16:45 / 18 May 2026
254
16:41 / 18 May 2026
47
16:38 / 18 May 2026
48
16:35 / 18 May 2026
53
16:00 / 18 May 2026
67
15:42 / 18 May 2026
80
15:30 / 18 May 2026
170
15:18 / 18 May 2026
197
15:09 / 18 May 2026
155
14:59 / 18 May 2026
96
14:50 / 18 May 2026
79
14:42 / 18 May 2026
92
14:37 / 18 May 2026
84
14:31 / 18 May 2026
81
14:21 / 18 May 2026
76
14:09 / 18 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.