Qaynar xətt:

(+99450) 247 90 86

Diplomatiyanın gənc siması: Urdu, Fransız, İngilis dillərini bilir

news/2025_12_11/vusdsaa_1765450939.jpg

CƏMİYYƏT

355

11.12.2025, 14:59

Azərbaycan xarici siyasətində parlayan yeni gənc simalardan biri də sabiq səfir köməkçisi Vüsal Hümbətzadədir.

Oxu24.com  xəbər verir  ki,Vüsal Hümbətzadə Azərbaycanın gənc diplomatiya mühitində parlayan yeni nəsil nümayəndələrindən biri, beynəlxalq münasibətlər və qlobal siyasət sahəsində əldə etdiyi uğurlarla seçilən gəncdir.

Vüsal Hümbətzadə 2003-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Vedi rayonundandır. Erkən yaşlarından xarici dillərə, qlobal siyasətə və akademik yaradıcılığa marağı onu həm ölkə daxilində, həm də xaricdə nüfuzlu layihələrə çıxaran əsas amillərdən olub.

2020-ci ildə Azərbaycan beynəlxalq məktəbi (“TISA International School of Azerbaijan”) məktəbini bitirib. 2020-ci ildə ADU-nun Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2024-cü ildə həmin universiteti fərqlənmə ilə bitirib. 2024-cü ildə ETH Zurich universitetinə qəbul olub. 2024-cü ildə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin (Bilal Hayee) köməkçisi vəzifəsində çalışıb. Bundan əvvəl isə ictimai əsaslarla Pakistan Səfirliyinin Mədəniyyət Mərkəzində müdir köməkçisi vəzifəsində çalışıb. 

O, əvvəllər təhsil aldığı unversitetdə “Gənc politoloqlar” klubunun sədri kimi fəaliyyət göstərib.

Oxford Universitetinin beynəlxalq müsabiqəsində, dünya üzrə 5 finalçısından biri olub. 

Harvard Universitetinin təşkilatçılığı ilə online formada keçirilən "Ekologiyamızı qoruyaq" beynəlxalq layihə müsabiqəsinin qalibi olub.

Asiya ölkələrinin "Beynəlxalq diplomatiya" üzrə keçirilən beynəlxalq bilik müsabiqəsində Azərbaycanı təmsil edən yeganə tələbə olub və beynəlxalq yarışda birinci yeri qazanıb.

Pakistan Müasir Dillər Universitetinin təşkil etdiyi “Brend tələbə” rəsm müsabiqəsinin qalibi olub

Finlandiyanın nüfuzlu ali təhsil ocaqlarından biri – Helsinki Universiteti tərəfindən təşkil olunan 1 nömrəli elmi məqalə – 2025” beynəlxalq müsabiqəsində “Alqoritmlərin insan davranışına təsiri” adlı elmi məqaləsi ilə 1-ci yerə layiq görülüb.

 Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Taekvondo idman növü üzrə Fortis Cgroup–un təşkil etdiyi klublararası döyüşlərdə gənclər arasında 57 kq çəki dərəcəsində birinci yerə layiq görülüb.

Gənc mütəxəssis fəaliyyəti dövründə bir sıra nüfuzlu şəxslər və qurumlar tərəfindən təltif edilib:

Hüquq mühafizə orqanlarının yüksək rütbəli əməkdaşı tərəfindən Azərbaycan Dillər Universitetinin məzun günündə universitetin fəxri diplomu ilə və universitetin ictimai-sosial işlərdə aktiv fəaliyyətinə görə rektor Kamal Abdulla tərəfindən təşəkkürnamə ilə təltif edilib.

ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Azərbaycan Dillər Universitetinin müəllimi Gülçöhrə Fərhadova tərəfindən praktika fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib. Gülçöhrə Fərhadova hazırda Qarabağ Universitetinin beynəlxalq dil mərkəzinin müdiridir. 

Nazirlər Kabineti, Prezident Adminstrasiyası, İDEA İctimai Birliyi, Bakı Media Mərkəzi, Xarici İşlər Nazirliyi, Milli Məclis və digər qurumlarda könüllü fəaliyyət göstərib. Baş nazir Əli Əsədov, Xarici İşlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının rəhbərliyi tərəfindən könüllü fəaliyyətə görə təltif edilib. Vüsal Hümbətzadə sabiq deputat hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri xanım Jalə Əhmədovanın gənc dostudur. 

Vüsal Hümbətzadə AzTV, Space TV, ATV, Kanal S, APA TV televiziya kanallarında çıxışları ilə diqqət çəkir.

Vüsal Hümbətzadə bütün fəaliyyəti və nailiyyətləri ilə göstərir ki, müasir Azərbaycan gəncliyi artıq qlobal səhnədə söz sahibi olmağa hazırdır. Onun diplomatiya, elm və ictimai fəaliyyət sahələrində qazandığı uğurlar yalnız şəxsi ambisiyanın deyil, eyni zamanda doğma Vətənə olan sevginin, məsuliyyət hissinin və böyük məqsədlərə inanmağın nəticəsidir.

Gələcəyə doğru atdığı hər addımda o, Azərbaycanı daha yüksək tribunlarda təmsil etməyi, ölkəsinin adını dünyada qürurla ucaldan gənclər arasında ön sıralarda dayanmağı hədəfləyir.

Vüsal Hümbətzadə 4 kitab 50 məqalə müəllifidir. Urdu, Fransız, İngilis dillərini bilir. 

Hazırladı:Jalə