19 mayda bizi nələr gözləyir? - ULDUZ FALI
18 May 2026, 18:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
562
11.12.2025, 13:47
Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Bu barədə Oxu24.com-a 14 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: “Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar”.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
18:12 / 18 May 2026
28
18:03 / 18 May 2026
157
18:02 / 18 May 2026
44
18:00 / 18 May 2026
38
17:53 / 18 May 2026
83
17:49 / 18 May 2026
49
17:44 / 18 May 2026
48
17:28 / 18 May 2026
184
17:25 / 18 May 2026
53
17:11 / 18 May 2026
1660
17:05 / 18 May 2026
64
17:03 / 18 May 2026
412
17:01 / 18 May 2026
56
16:55 / 18 May 2026
69
16:52 / 18 May 2026
127
16:45 / 18 May 2026
373
16:41 / 18 May 2026
57
16:38 / 18 May 2026
62
16:35 / 18 May 2026
73
16:00 / 18 May 2026
83
15:42 / 18 May 2026
95
15:30 / 18 May 2026
194
15:18 / 18 May 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.