Qaynar xətt:

(+99450) 247 90 86

Vəzifəyə təyinat alan şəhid qızı kimdir?   —   DOSYE

news/2025_11_19/media_qadin_memur_avts2b_1763579864.webp

CƏMİYYƏT

2564

10.12.2025, 12:40

Tamilla Qulami yeni vəzifəyə təyin olunub.

Tamilla Qulami “El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı Direktoru təyin olunub.

Oxu24.com  Tamilla Qulaminin dosyesini təqdim edir:

Tamilla Famil qızı Qulami 1 oktyabr 1983-cü ildə Tərtər rayonunda anadan olub.

Bakı şəhər 88 saylı orta məktəbi (indiki Humanitar fənlər təmayüllü məktəb-lisey) bitirib. 

2001-ci ildə Bakı şəhəri üzrə keçirilən Texniki Fənnlər Olimpiadasında 1-ci yeri tutub.

2001-2005-ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin bakalavr pilləsini bitirib. 

“Muzeyşünaslıq - maddi və mədəni abidələrin qorunması və bərpası” ixtisası üzrə “Münaqişə zonalarında təcavüzə uğramış maddi-mədəni abidələrin qorunmasında beynəlxalq konvensiyaların icra prinsipləri” mövzusunda dissertasiya müdafiə edərək, 2008-2010-ci illərdə magistratura üzrə təhsil alıb, sözügedən ixtisası FƏRQLƏNMƏ ilə bitirib.

Məktəb və universitetin ictimai həyatında daim fəal iştirak edib, Fəxri Fərmanlara layiq görülüb.

Dövri mətbuatda ədəbi, ictimai-siyasi yazıları dərc olunur.

2008-2019-cu illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi katib köməkçisi olub.

2010-2014-cü illərdə Güney Azərbaycan Televiziyasında “Günün səsi” xəbərlər informasiya buraxılışında aparıcı-redaktor kimi çalışıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Ümid Partiyasında rəsmi olaraq siyasi fəaliyyətə başlayıb. 

Tamilla Qulami Ümid Partiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, Ali Məclis sədrinin birinci müavini, partiya sədrinin təbliğat və informasiya məsələləri üzrə müavini olub, hal-hazırda partiyanın İdarə Heyətinin üzvüdür. 

Tamilla Qulami 23 dekabr 2014-cü il Bələdiyyə seçkilərində iştirak edib və seçilib. 

2014-2019-cu illər Binəqədi Bələdiyyəsinin üzvü olub.

1 noyabr 2015-ci il və 9 fevral 2020-ci il növbədənkənar Parlament Seçkilərində 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd olub.

Tamilla Qulami 2006-cı ildən beynəlxalq tədbirlərdə iştirak edir.

“Gənclər siyasətində ictimai vəkillik”, “Beynəlxalq gənclər işi: Müxtəliflik, mədəniyyətlərarası təhsil” və s. müxtəlif adlı Beynəlxalq təlim kursları keçib.

2014-cü ildə Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Türk Xalqlarının Qurultayı” - Turan şəhərciyinin açılışında, Gürcüstanda keçirilən “Elat Mədəniyyəti Günləri” tədbirində iştirak edib. 

2014-cü ilin oktyabr ayında Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III Gənc Liderlərin Akademiyasında "Siyasətdə gənclərin iştirakı: İmkanlar və perspektivlər” forumunda “Cənubi Qafqaz Birliyi” mövzusuyla çıxış edib, Beynəlxalq Diploma layiq görülüb.

2017-ci il 14 iyul tarixində İsveç Krallığının Stokholm şəhərində "Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli mübarizəsinə jurnalist və siyasi fəaliyyəti zamanı daim önəm verdiyi üçün" Güney Azərbaycan Konqresi Mərkəzi Komitəsinin 14.07.2017-ci il tarixli qərarı ilə "SEYİD CƏFƏR PİŞƏVƏRİ" Mükafatına layiq görülüb.

2019-2020-ci il Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açılışını etdiyi, "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsinin bir hissəsi olan "Gender əsaslı Bələdiyyə Akademiyası"nın məzunu olub.

22 fevral - 5 mart 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Konqresinin dəstəyi ilə Vaşinqton və Arkanzas ştatlarında "Açıq Dünya" proqramının "Vətəndaş fəallığı və idarəçilikdə gənc liderlər” mövzusu üzrə təhsil proqramı layihəsində iştirak edib, Beynəlxalq Diploma layiq görülüb. 

Amerikanın Arkanzas ştatının Qubernatoru və Katibinin imzası ilə Fəxri Diplomla təltif olunub.

Atası Famil Qulami Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub, Tərtər şəhərində mərkəzi küçələrdən biri Famil Qulaminin adını daşıyır.

Hazırladı: Miri Məcidli