SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
554
10.12.2025, 12:35
Azərbaycanda cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin qiymətlərində müşahidə olunub.
Bu barədə Oxu24.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edilib ki, 2025-ci ilin noyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil etmişdir. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibb, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
22:44 / 18 May 2026
1
22:40 / 18 May 2026
64
22:37 / 18 May 2026
19
21:25 / 18 May 2026
60
21:10 / 18 May 2026
60
21:08 / 18 May 2026
58
20:55 / 18 May 2026
60
20:50 / 18 May 2026
62
20:45 / 18 May 2026
65
20:31 / 18 May 2026
301
20:20 / 18 May 2026
65
20:10 / 18 May 2026
100
20:05 / 18 May 2026
68
19:59 / 18 May 2026
75
19:54 / 18 May 2026
93
19:43 / 18 May 2026
138
19:41 / 18 May 2026
96
19:39 / 18 May 2026
75
19:21 / 18 May 2026
373
19:18 / 18 May 2026
81
19:15 / 18 May 2026
105
19:12 / 18 May 2026
266
19:05 / 18 May 2026
708
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.