SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
10.12.2025, 11:06
9 dekabr, 2025-ci il tarixində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək Təşkilatın Prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Oxu24.com xəbər verir ki, ziyarət çərçivəsində ICESCO nümayəndə heyətinə Fondun mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdim edilib, elmi əməkdaşlığın genişləndirilməsi və institusional tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində vacib məsələlər müzakirə olunub.
Görüş zamanı 2026-cı il üçün nəzərdə tutulan planlar, qarşılıqlı maraq doğuran istiqamətlər və yeni əməkdaşlıq perspektivləri bölüşülüb.
Ziyarətin əsas məqamı Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO arasında tarixi əməkdaşlığın yeni mərhələsini başlanğıc verən Əməkdaşlıq Memorandumunun imzalanması olub.
Sənəd Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik tərəfindən imzalanıb.
Memorandum Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliğini, mədəni irs obyektlərinin öyrənilməsi, rəqəmsallaşdırılması və qorunması üzrə yeni elmi yanaşmaların tətbiqini, eləcə də mütəxəssislər arasında təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Bu mühüm sənəd mədəni irsin qorunması sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və tərəflər arasında səmərəli əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəkdir.
Görüşün yekununda ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Fondun xatirə kitabına öz ürək sözlərini qeyd edib.
Vurğulamaq lazımdır ki, görüşdə həmçinin ICESCO-nun nümayəndə heyəti: ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Anar Kərimov, ICESCO-nun Bakı regional ofisinin direktoru Əbdülhakim Əl-Sənan, ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafar-zadə, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının katibi Ələkbər Xıdırov iştirak ediblər.
Bu gün baş tutan yüksək səviyyəli görüş, mədəni irsin beynəlxalq müstəvidə qorunması və inkişafı baxımından Fond ilə ICESCO arasında əməkdaşlığın daha da dərinləşməsinə yeni impuls verib.
Səfər bədii hissə ilə müşayiət olunub.
22:44 / 18 May 2026
253
22:40 / 18 May 2026
121
22:37 / 18 May 2026
41
21:25 / 18 May 2026
62
21:10 / 18 May 2026
63
21:08 / 18 May 2026
63
20:55 / 18 May 2026
62
20:50 / 18 May 2026
63
20:45 / 18 May 2026
68
20:31 / 18 May 2026
323
20:20 / 18 May 2026
66
20:10 / 18 May 2026
103
20:05 / 18 May 2026
69
19:59 / 18 May 2026
76
19:54 / 18 May 2026
98
19:43 / 18 May 2026
140
19:41 / 18 May 2026
97
19:39 / 18 May 2026
76
19:21 / 18 May 2026
382
19:18 / 18 May 2026
82
19:15 / 18 May 2026
106
19:12 / 18 May 2026
271
19:05 / 18 May 2026
735
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.