SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu
18 May 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
495
10.12.2025, 10:12
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb.
Oxu24.com xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq.
Görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.
Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.
22:44 / 18 May 2026
370
22:40 / 18 May 2026
202
22:37 / 18 May 2026
63
21:25 / 18 May 2026
68
21:10 / 18 May 2026
71
21:08 / 18 May 2026
73
20:55 / 18 May 2026
67
20:50 / 18 May 2026
72
20:45 / 18 May 2026
74
20:31 / 18 May 2026
360
20:20 / 18 May 2026
71
20:10 / 18 May 2026
113
20:05 / 18 May 2026
76
19:59 / 18 May 2026
84
19:54 / 18 May 2026
109
19:43 / 18 May 2026
151
19:41 / 18 May 2026
106
19:39 / 18 May 2026
83
19:21 / 18 May 2026
404
19:18 / 18 May 2026
92
19:15 / 18 May 2026
113
19:12 / 18 May 2026
298
19:05 / 18 May 2026
776
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.