Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3278
09.12.2025, 19:13
Azərbaycan tarixində az öyrənilən və ya heç öyrənilməyən faktlar silsiləsindən olan paylaşımlarımızı davam etdiririk.
Bu dəfə Vladimir Rasskazov haqqında məlumat verəcəyik.
Oxu24.com xəbər verir ki,Vladimir Qriqoryeviç Rasskazov 1927-ci ildə hazırkı Saratov vilayətinin Malaxovka kəndində doğulub.
Orta məktəbi bitirdikdən sonra, 1944-cü ildə Odessa Dənizçilik Məktəbinə, bir il sonra isə Odessa Ali Dənizçilik Məktəbinə daxil olub.
O, mühəndis-elektromexanik diplomu ilə 1951-ci ildə Bakıya gəlir və "General Həzi Aslanov" dizel-elektroxodunda elektromexanik vəzifəsində işləməyə başlayır.
Onun əmək fəaliyyətinin sonrakı mərhələsi Vano Sturua adına gəmi təmiri-gəmiqayırma zavodu ilə bağlı olur. Burada o, texniki şöbənin mühəndis-elektrotexniki vəzifəsində çalışır. 10 ildən artıq partiya işində fəaliyyət göstərir.
Sonrakı illərdə Vladimir Rasskazov Xəzər Gəmiçilik İdarəsi siyasi şöbəsinin təlimatçısı, 1953-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında təlimatçı, daha sonra isə sənaye və nəqliyyat şöbəsi müdirinin müavini vəzifələrində çalışır.
1963-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilir və 1969-cu ilə qədər bu vəzifədə işləyir.
Vladimir Rasskazov 1964-cü ildən Azərbaycan KP MK üzvlüyünə namizəd olub.Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilib, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunub. O,1969-cu ildə, 42 yaşında Bakıda vəfat edib.
Fəxri Xiyabanda dəfn olunub...
Hazırladı: Tarixçi Namiq Həsənov
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.