AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
24 Fevral 2026, 21:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
09.12.2025, 18:59
ABŞ-də 2025-2028-ci illərdə doğulan uşaqlar üçün xüsusi investisiya hesabları açılacaq. Musavat.com xəbər verir ki, layihə barədə açıqlama verən Donald Tramp bildirib ki, bu təşəbbüs aztəminatlı ailələrdən olan uşaqların 18 yaşına qədər öz vəsaitlərini toplamasına şərait yaradacaq.
ABŞ Maliyyə Nazirliyi hər yeni doğulan uşağın hesabına 1000 dollar köçürəcək. Proqrama qoşulmaq üçün valideynlər və ya qəyyumlar müraciət etməlidirlər. Hesabdakı vəsaitlər fondların qiymətli kağızlarına yönləndiriləcək, əlavə ödənişləri isə ailə üzvləri və xeyriyyə təşkilatları edə biləcək.
Yeni sistem xüsusilə orta gəlirdən aşağı bölgələrə şamil olunur: proqramdan yararlana bilmək üçün uşağın yaşadığı ərazidə ev təsərrüfatlarının median gəliri ildə 150 min dollardan çox olmamalıdır. Bu göstərici ABŞ-dəki uşaqların təxminən 80 faizini əhatə edir.
Azərbaycanda bu sahədə vəziyyət necədir? Oxşar layihələr bizdə mümkünmü?
Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya ilə üz-üzə
Həmçinin oxuyun
Vüsalə Əhmədova
İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb:"Hazırda Donald Trampın ABŞ-də planladığı “uşaqlar üçün investisiya hesabı” təşəbbüsü layihəsi mənim illər əvvəl təklif etdiyim bir layihənin bənzəridir. Qeyd etmişdim ki, ilk öncə ölkədəki 1-6 yaş qrupundakı uşaqlara aylıq 80-100 manat məbləğində müavinət verilsin. Bu qrupdakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinət verilərsə, bu, illik 902.784.000 manat təşkil edəcək, hansı ki, bu məbləğ büdcə üçün heç bir yük təşkil etməz. Digər 7-17 yaş qrupları üzrə uşaqlar üçün isə 7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. Lakin bu təklifimi aidiyyəti qurumlar nəzərə almadı".
İqtisadçı əlavə edib ki, hazırda Azərbaycanda mövcud olan sosial yardım sistemi çox məhdud kateqoriyaları əhatə edir və adından da göründüyü kimi, yardım formasındadır: "Amma hər bir uşağa yönəldilmiş “investisiya sistemi” mövcud deyil. Uzunmüddətli investisiya hesabı sisteminin başladılması üçün qanunvericilikdə dəyişiklik, maliyyə planlaması, ictimai debat və ən önəmlisi siyasi iradə lazımdır. Halbuki neft gəlirləri, sosial rifah siyasəti və bank-maliyyə sistemi bu cür proqramı tam dəstəkləyə bilər. Heç kimə sirr deyil ki, Azərbaycanda gəlir bərabərsizliyi mövcuddur və aztəminatlı ailələrdə doğulan uşaqların start imkanları zəif olur və ya heç olmur. Hər bir uşaq uçun 18 yaşına qədər yığılan vəsait, onun universitet təhsil haqqını ödəmək və ya kurslar, sertifikatlar və peşə təhsili almaq üçün istifadə edilə bilər. Məlumdur ki, ölkəmizdə ali məktəblərə qəbulun 69%-i ödənişli əsaslarla aparılır. Həmçinin bu məbləğlə kiçik biznesə başlamaq, texnologiya layihəsi yaratmaq, ilkin avadanlıq almaq olar, hansı ki, karyeraya borcsuz başlamaq imkanı yaradar. Bu, “yardım” deyil, “gələcək üçün sərmayə” modelidir, himayəyə ehtiyacı olan qruplar üçün davamlı inkişaf imkanıdır. Ailələr bilsələr ki, uşaqlarının gələcəyi üçün “dövlət dəstək paketi” var, sosial narazılıq azalar, gənclərin xaricə iqtisadi səbəblərlə köç etməsinin qarşısı alınar, ailələrin uşaq sahibi olmaq motivasiyası artar. Azərbaycan neft gəlirləri əldə edən ölkədir, “Child Development Account” və ya “Child Trust Fund” kimi modellər, bu gəlirlərin bir hissəsinin birbaşa gələcək nəsillərə investisiya formasında ötürülməsinə imkan verər".
22:00 / 24 Fevral 2026
19
21:59 / 24 Fevral 2026
17
21:45 / 24 Fevral 2026
24
21:42 / 24 Fevral 2026
34
21:39 / 24 Fevral 2026
201
21:35 / 24 Fevral 2026
26
21:34 / 24 Fevral 2026
23
21:31 / 24 Fevral 2026
25
21:08 / 24 Fevral 2026
27
21:08 / 24 Fevral 2026
60
21:03 / 24 Fevral 2026
35
20:51 / 24 Fevral 2026
53
20:39 / 24 Fevral 2026
64
20:35 / 24 Fevral 2026
32
20:24 / 24 Fevral 2026
76
20:23 / 24 Fevral 2026
424
20:12 / 24 Fevral 2026
213
20:12 / 24 Fevral 2026
64
19:59 / 24 Fevral 2026
56
19:50 / 24 Fevral 2026
85
19:47 / 24 Fevral 2026
57
19:46 / 24 Fevral 2026
130
19:23 / 24 Fevral 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.