Qaynar xətt:

(+99450) 247 90 86

Heydər Əliyev Sarayında kimlər oxuya bilməz?   —  Müğənniləri düşündürən suala CAVAB 

news/2025_12_09/heyder_el_1765283197.jpg

CƏMİYYƏT

1883

09.12.2025, 16:20

Heydər Əliyev Sarayında Konsert Vermək: Müğənnilər Üçün Tələblər Nələrdir?

Heydər Əliyev adına Saray Bakı şəhərinin ən möhtəşəm mədəniyyət ocaqlarından biri hesab olunur. 1972-ci ildə istifadəyə verilən bu saray uzun illərdir ki, Azərbaycanın musiqi, incəsənət və dövlət tədbirlərinin əsas məkanlarından biridir. Müasir akustik sistemləri, geniş səhnəsi və minlərlə tamaşaçı tutumu ilə Saray həm yerli, həm də xarici sənətçilərin böyük konsertlərinə ev sahibliyi edir.

Burada təkcə musiqi proqramları deyil, həmçinin teatr tamaşaları, uşaq tədbirləri, rəsmi dövlət mərasimləri və beynəlxalq səviyyəli festivallar da təşkil olunur.

Saray Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayan nüfuzlu məkan kimi tanınır və burada çıxış etmək sənətçilər üçün həm prestij, həm də peşəkarlığın göstəricisi sayılır.

Hətta,əksər sənətçilər fəxri ad almaqdan ötrü yolunu bu Saraydan salmalıdır.Çünki,Heydər Əliyev Sarayında çıxış etmək,solo konsert vermək  rəsmi olmasa da,praktikada rast gəlinən şərtlərdəndir.Heydər Əliyev Sarayı  həm də müğənninin özünü təsdiqi kimi də mühüm rol oynayır.

Sarayın siyasi əhəmiyyəti də böyükdür...

Heydər Əliyev Sarayının ikinci dövr fəaliyyəti  2006-2008-ci illərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra başladı. 

İkinci dəfə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyevin 24 oktyabr 2008-ci ildə andiçmə mərasimi Sarayda keçirildi.

Heydər Əliyev Sarayının əsaslı təmir və yenidənqurma işlərindən sonra rəsmi açılışı isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın 2008-ci il 5 və 6 noyabrda keçirilən möhtəşəm solo konsertləri ilə oldu. Elə həmin vaxtdan Saray tam gücü ilə fəaliyyətə başladı.

Bundan sonra səhnədə dünya şöhrətli italyan müğənnisi Toto Kutunyonun, rus müğənniləri Vladimir Leontyevin, Vitasın, Rostropoviç adına II Beynəlxalq Musiqi Festivalının, Marinski Dövlət Akademik Opera və Balet Teatrının, məşhur gürcü kollektivi “Erisioni” Dövlət Mahnı Teatrının çıxışları olub. Türk müğənnisi Sərdar Ortac, hazırda Amerikada yaşayan soydaşımız, caz artisti Əzizə Mustafazadə, “Asiman” uşaq rəqs kollektivi, müxtəlif estrada artistlərimiz burada konsertlər veriblər. “Hökmdarın taleyi” və “Cavad xan” filmlərinin premyeraları Heydər Əliyev Sarayında nümayiş etdirilib.

İlham Zakir oğlu Qasımov  2023-cü ildən  Heydər Əliyev Sarayının direktorudur.

Bəs görəsən sarayda konsert vermək üçün müğənnilər hansı tələbləri bilməlidirlər?

Mövzu ilə bağlı bəzi təşkilatçı, prodüserlərin fikrini öyrəndik.

Aparıcı, prodüser Tarix Əliyev  Oxu24.com-a açıqlamasında bildirib ki, Heydər Əliyev adına Sarayın öz qayda-qanunu var:

"Qayda-qanun hansısa bir bayağı ifaçıyla deyil, onun repertuarı ilə bağlıdır. Burada birinci məqam  orada fanaqramanın heç bir zaman oxunmamasıdır. Fanaqram səsləndirmə burada qeyri-mümkündür. İkinci məqam oxunan mahnılardır. Dediyimiz kimi, bəzi ifaçıların bayağı mahnıları trenddə bir nömrə olsa da, onlar orada oxuna bilməz. Bu qayda çoxdan var",-deyə Tarix Əliyev bildirib.

Prodüser Asif Kərimovun sözlərinə görə isə  Heydər Əliyev Sarayında ifaçıların konsert verməsi üçün mütləq şəkildə repertuar uyğun gəlməlidir. Əks halda konsert təşkil edilə bilməz.

Heydər Əliyev Sarayında müğənnilərə qoyulan şərtlərlə bağlı sözügedən  Sarayın rəhbərliyindən məlumat almaq istəsək  də,suallarımız cavabsız qaldı.

Hazırladı: Çimnaz  Telmanqızı

Bakıda Tbilisi prospektinin iki küçə ilə kəsişməsində yol hərəkəti yenidən təşkil ediləcək 

16:27 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda Tbilisi prospektinin iki küçə ilə kəsişməsində yol hərəkəti yenidən təşkil ediləcək 

64

0
Nazirlər Kabineti bu qərarda DƏYİŞİKLİK EDİB

16:01 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabineti bu qərarda DƏYİŞİKLİK EDİB

241

0
"Ölüm kağızı" necə alınmalıdır?

15:54 / 29 Yanvar 2026

HÜQUQ HÜQUQ

"Ölüm kağızı" necə alınmalıdır?

65

0
Kəramət Böyükçöl: “Anar və Çingiz Abdullayev mənimlə polemika aparacaq gücdə deyillər, başlarını götürüb qaçarlar...” - FOTO 

15:42 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kəramət Böyükçöl: “Anar və Çingiz Abdullayev mənimlə polemika aparacaq gücdə deyillər, başlarını götürüb qaçarlar...” - FOTO 

135

0
Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

15:25 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

1437

0
"Kim özbaşına oxuyursa, deməli mədəniyyətsiz adamdır"   —    Yusif Nəğməkar   Niyaməddin Musayevin müdafiəsinə qalxdı

15:19 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Kim özbaşına oxuyursa, deməli mədəniyyətsiz adamdır"   —    Yusif Nəğməkar   Niyaməddin Musayevin müdafiəsinə qalxdı

103

0
Efir mühəndisi Səidə Bəkirqızı özünü jurnalist bilirsə, prodüsser Tolik niyə aparıcı olmasın?    

15:15 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Efir mühəndisi Səidə Bəkirqızı özünü jurnalist bilirsə, prodüsser Tolik niyə aparıcı olmasın?    

3244

0
DİQQƏT!Müddət fevralın 2-nə qədər ARTIRILDI

15:05 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

DİQQƏT!Müddət fevralın 2-nə qədər ARTIRILDI

92

0
Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb 

15:03 / 29 Yanvar 2026

DÜNYA DÜNYA

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb 

75

0
Biləsuvardakı heyvan bazarının fəaliyyətinə icazə verilib 

14:59 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Biləsuvardakı heyvan bazarının fəaliyyətinə icazə verilib 

68

0
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb 

14:33 / 29 Yanvar 2026

DÜNYA DÜNYA

Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb 

71

0
“Rusiyanın TRIPP -də olmaması Qafqaza sərfəli və yaxud təhlükəli, nə vəd edir?”- Politoloq detalları açıır  

14:31 / 29 Yanvar 2026

SİYASƏT SİYASƏT

“Rusiyanın TRIPP -də olmaması Qafqaza sərfəli və yaxud təhlükəli, nə vəd edir?”- Politoloq detalları açıır  

265

0