Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2837
09.12.2025, 13:47
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə start verilib.
Onun sözlərinə görə, həmin dəyişikliklərə əsasən pensiya yaşı hər il 6 ay artırılmaqla tənzimlənib. Kişilərlə bağlı artım prosesi 2021-ci ildə tamamlanıb və hazırda kişilər 65 yaşda pensiya hüququ əldə edirlər. Qadınlarda isə proses 60 yaşdan başlayıb və daha uzun müddət davam etdiyindən yalnız 2027-ci ildə qadınların da pensiya yaşı 65-ə çatacaq. Bununla da hazırkı artım mərhələsi başa çatacaq.
Rəşad Həsənov qeyd edib ki, gələcək üçün qəti təminat vermək mümkün olmasa da, dünyada orta yaş həddi yüksəldikcə ölkələrdə pensiya yaşının artırılması praktikasına tez-tez rast gəlinir:
“Bəzi ölkələrdə pensiya yaşı 67-dir. Azərbaycanda isə hazırda müəyyən edilmiş 65 yaş həddi yüksək hesab olunur. Çünki ölkədə orta ömür uzunluğu aşağıdır və buna görə də gözlənilən pensiya dövrü qısadır.”
Ekspertin sözlərinə görə, dünya üzrə orta pensiya yaşı ilə orta ömür uzunluğu arasında fərq orta hesabla 14,5 il olduğu halda, Azərbaycanda bu göstərici cəmi 7 ilə yaxındır. Bu isə MDB məkanında ən sərt pensiya yaş hədlərindən biri sayılır.
Həsənov hesab edir ki, gələcəkdə bu sahədə optimallaşdırma aparılmalı, pensiya yaşı daha adekvat səviyyəyə endirilməlidir:
“Normalda Azərbaycanda qadın və kişilərin pensiya yaşı 60 yaş ətrafında olmalıdır. Bu, həm orta yaş göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması, həm pensiya hüququnun əlçatanlığı, həm də sistemin etibarlılığı baxımından daha uyğun həddir.”
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.