Ehtiram Əliyev vəfat etdi
15 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
766
09.12.2025, 12:06
Azərbaycanda Universitetlərin tarixi və fəaliyyəti.
Azərbaycanda ali təhsil sistemi uzun inkişaf yolu keçib və ölkənin müxtəlif universitetləri ölkənin təhsil sahəsində mühüm rol oynayır. Universitetlərin yaranma tarixi, rektorları və fəaliyyət sahələri barədə məlumatlar tələbələr və ictimaiyyət üçün əhəmiyyətlidir.
Oxu24.com bildirir ki,Məsələn, Bakı Dövlət Universiteti (BDU) 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edib. Hazırda BDU-ya rektor Elçin Babayev rəhbərlik edir. Universitetdə müxtəlif fakültələr fəaliyyət göstərir və tələbələr yüksək səviyyəli təhsil alır. Qeyd edək ki, BDU Qafqazda yaradılmış ilk ali təhsil müəssisəsidir. Tərkibində 4 institut, 16 fakültə fəaliyyət göstərir.
Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə təsis olunub və texniki elmlər sahəsində mütəxəssislər hazırlayır. Rektor Vilayət Vəliyev universitetin inkişafına rəhbərlik edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tarixi 1887-ci ildən başlasa da, 16 noyabr 1920-ci ildə yaradılıb. Hazırda rektor Rüfət Əzizovdur. Qafqaz Universitetlər Birliyinin üzvüdür. 20000-dən çox tələbəsi var.
Azərbaycan Dillər Universiteti (ADU) 1973-cü ildə əsası qoyulub. Rektor Kamal Abdulladır. Universitetdə 5 fakültə, 31 kafedra, elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir. 6000-dən çox tələbəsi var. ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçən ali təhsil mərkəzidir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1975-ci ildə yaradılıb. Rektoru Gülçöhrə Məmmədovadır. 8000-dən çox tələbəsi var. Bəzi fakultələrində təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Bakı Slavyan Universiteti (BSU) 1946-cı ildə əsası qoyulub. Rektoru Anar Nağıyevdir. Universitetin bir çox ölkələrin institutları, universitetləri ilə əlaqələri mövcuddur. 5 fakültəsi var.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 1923-cü ildə yaradılıb. Rektor Ceyran Mahmudovadır. 2400-dən çox tələbəsi var. 5 fakültəsi, 21 kafedrası var.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 26 avqust 1921-ci ildə əsası qoyulub. Rektor Cəfər Cəfərovdur. 18000-dən çox tələbəsi var. 8 fakültəsi, 33 kafedrası var. ADPU-nun 5 filialı var.
Xəzər Universiteti 18 mart 1991-ci ildə yaradılıb. Rektor İradə Xəlilovadır. Universitetdə tədris dili ingilis dilidir. Eyni zamanda universitetdə müxtəlif idman bölmələri fəaliyyət göstərir.
Ölkədə fəaliyyət göstərən digər universitetlər də öz sahələrində ixtisaslaşır: iqtisadiyyat, hüquq, incəsənət, tibb və texnologiya sahələrində təhsil verirlər. Universitetlər elmi-tədqiqat fəaliyyəti ilə də məşğuldurlar, beynəlxalq layihələrdə iştirak edir və tələbələr üçün müxtəlif imkanlar yaradırlar.
Ali təhsil müəssisələrinin əsas məqsədi peşəkar kadrlar yetişdirmək, elmi biliklərin inkişafını təmin etmək və tələbələri müasir cəmiyyətin tələblərinə hazırlamaqdır.
Çimnaz Telmanqızı
17:12 / 15 Noyabr 2026
5
17:09 / 15 Noyabr 2026
20
15:50 / 15 Noyabr 2026
65
15:25 / 15 Noyabr 2026
76
15:15 / 15 Noyabr 2026
87
14:47 / 15 Noyabr 2026
147
14:34 / 15 Noyabr 2026
285
14:25 / 15 Noyabr 2026
129
14:19 / 15 Noyabr 2026
104
14:02 / 15 Noyabr 2026
416
13:27 / 15 Noyabr 2026
316
12:55 / 15 Noyabr 2026
1569
12:36 / 15 Noyabr 2026
367
12:28 / 15 Noyabr 2026
160
12:11 / 15 Noyabr 2026
141
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
141
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
140
11:07 / 15 Noyabr 2026
889
10:50 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.