Yataqxanada həyatını itirən tələbənin FOTOSU
15 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
592
08.12.2025, 21:24
Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.
Oxu24.com xəbər verir ki, ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.
Ölkəmizlə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb.
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
17:09 / 15 Noyabr 2026
27
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.